6 yaşlı Şakirin əsgərə məktubu hər kəsi KÖVRƏLTDİ - FOTO

6 yaşlı Şakirin əsgərə məktubu hər kəsi KÖVRƏLTDİ - FOTOBu gün ön cəbhədə düşmənlə üz-üzə döyüşən əsgərlərimizə dəstək üçün uşaqdan böyüyə hər kəs ürək sözlərini yazaraq məktub yollayır.

BiG.AZ xəbər verir ki, sosial şəbəkələrdə yayılan 6 yaşlı balaca Şakirin əsgərimizə yazdığı məktub izləyiciləri kövrəldib. O, kəndlərinin işğaldan azad etdikləri üçün əsgərlərə təşəkkür edib:

"Salam olsun şanlı ordumuzun igid əsgərləri. Bunu sizə yazan 94 nömrəli məktəbin 1-ci sinif şagirdi Namazov Şakirdir. Mən Füzuli rayonunun Arış kəndindənəm. Sizə bizim kəndimizi işğaldan azad etdiyinizə görə ailəmlə birlikdə təşəkkür edirik. Sizə güvənirik. Qarabağ Azərbaycandır!"

6 yaşlı Şakirin əsgərə məktubu hər kəsi KÖVRƏLTDİ - FOTOSAMİRƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2333   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş