Yaralanmasına baxmayaraq silahdaşlarını döyüş meydanında tək buraxmadı - VİDEO

Yaralanmasına baxmayaraq silahdaşlarını döyüş meydanında tək buraxmadı - VİDEOƏsgər Namiq Rzayev qızğın gedən döyüşlərdə bədənindən qəlpə yarası almasına baxmayaraq silahdaşlarını döyüş meydanında tək buraxmayıb.

Big.az "Report"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı materialda bildirilib.

"Namiq Rzayev bölmələrimizin irəliləməsi üçün qrup komandiri kimi əlindən gələni əsirgəməyib. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsində əməyinin olmasından qürur hissi keçirir", - məlumatda vurğulanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1869   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş