"Onlar nə ata səsi eşidəcəklər, nə ana nəvazişi görəcəklər" - FOTOLAR

"Onlar nə ata səsi eşidəcəklər, nə ana nəvazişi görəcəklər" - FOTOLAR"Gəncəm mənim...Mənfur erməni vəhşiliyinin qurbanı olan qədim yurd yerim...Mən sənin bu gün qan ağlayan analarını, dərddən iki qat bükülən atalarını,valideyn itkisi yaşayan körpələrini,dağılmış, viran qalmış evlərini heç görmək istəməzdim..."

BiG.AZ xəbər verir ki, bu sözləri Hacı Nuran sosial media hesabında yazıb. O, Gəncə terrorunda hər iki valideynini itirmiş Sevil və Hüseynə baş çəkib:

"Bu gün daha bir evdə oldum. Gəncə terrorunda ata və anasını itirmiş Sevil və Hüseyn.Onlar bundan sonra bir ömür boyu birgə addımlayacaqlar. Bir-birinə arxa, dayaq olacaqlar. Çünki valideynləri belə istəyirdi. Onlar daha bundan sonra nə ata səsi eşidəcəklər, nə ana nəvazişi görəcəklər. Bu körpələrin dərd yağan gözlərinə baxmaq mümkün deyil. Düzdür, onlar ölkə rəhbərliyi tərəfindən hər cür qayğı ilə əhatələiblər. Onların dağıdılan evləri də tikiləcək, məhv olmuş avadanlıqları alınacaq. Amma dünyasını dəyişmiş əzizləri heç vaxt qayıtmayacaq...Və onlar bütün ömrü boyu erməni vəhşiliyini nəvə-nəticlərinə danışacaq, verdikləri qurbanları yad edəcəklər".

"Onlar nə ata səsi eşidəcəklər, nə ana nəvazişi görəcəklər" - FOTOLAR"Onlar nə ata səsi eşidəcəklər, nə ana nəvazişi görəcəklər" - FOTOLAR"Onlar nə ata səsi eşidəcəklər, nə ana nəvazişi görəcəklər" - FOTOLARSAMİRƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5553   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş