Dubay şahzadəsi Həbibi qələbə münasibətilə belə təbrik etdi - FOTO
Sadə həyat tərzi ilə diqqət mərkəzində olan, eyni zamanda "Fazza" ləqəbi ilə tanınan Dubay şahzadəsi Şeyx Hamdan bin Məhəmməd bin Rəşid əl-Məktum Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun amerikalı Castin Qetji arasında döyüşdə qazandığı qələbə münasibətilə təbrik edib.
BiG.AZ xəbər verir ki, bu barədə Dubay şahzadəsi öz "İnstagram" hesabında paylaşım edib.
Dubay şahzadəsi Həbiblə fotolarını paylaşaraq "Səkkizguşəlinin içində və kənarında bir çempion" qeydini yazıb.
Daha sonra isə Həbib də həmin fotoları paylaşaraq öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Həbib Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu açıqlayıb.
BiG.Az


İdman Baxılıb: 2770 Tarix: 26 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş