Ermənistan ordusunda özbaşınalığı əks etdirən görüntülər yayılıb - VİDEO

Ermənistan ordusunda özbaşınalığı əks etdirən görüntülər yayılıb - VİDEOErmənistan ordusunda özbaşınalığı, nizam-intizamın itdiyini,ərzaq çatışmazlığını və əsgərlərin döyüş mövqelərini özbaşına tərk etdiyini əks etdirən videogörüntülər yayılıb.

Big.az "Report"a istinadən xəbər verir ki, görüntüləri ermənilər paylaşıblar.

Belə ki, görüntüləri lentə alan erməni hərbçi ordudakı pərakəndəlikdən danışaraq bildirib:

"Baxın, ay millət, bu artıq 3-cü gündür. Bunlar Armavir və digər vilayətlərdən gələnlərdir. Üç gündür yağışın altında, nə yemək var, nə də adam var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin silahları götürək düşək aşağı – hərbi hissəyə".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2763   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş