Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT - FOTO

Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT - FOTOEnergetika Nazirliyində mətbuatla iş sektorunun müdiri və mətbuat katibi vəzifəsinə təyinat olub.

Big.az "Report"a istinadən xəbər verir ki, bu vəzifə Cahid Mikayılova həvalə edilib.

Oktyabrın 16-dan vəzifə səlahiyyətlərinin icrasına başlamış C.Mikayılov indiyə qədər ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) çalışıb. O, "Report"a açıqlamasında təyinatı ilə bağlı məlumatı təsdiq edib.

Xatırladaq ki, Energetika nazirinin müşaviri Zəminə Əliyeva bu vaxta qədər həm də qurumun mətbuat katibi vəzifəsini icra edirdi.

Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1247   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş