Əslən Qubadlıdan olan sənət adamlarının QƏLƏBƏ SEVİNCİ - FOTO

Əslən Qubadlıdan olan sənət adamlarının QƏLƏBƏ SEVİNCİ - FOTOPrezident İlham Əliyevin Qubadlı şəhərinin erməni işğalından azad edilməsi barədə özünün Twitter hesabında paylaşdığı xəbər sevinclə qarşılanıb. Bu xoş xəbər sıravi vətəndaşlar kimi, əslən Qubadlıdan olan sənət adamlarına da böyük fərəh hissi yaşadıb.
"Xalq ulduzu" müsabiqəsinin qaliblərindən biri, xanəndə İlahə İbadova öz sevincini "Ölkə.Az"la bölüşərək Azərbaycan Ordusuna, Ali Baş Komandana öz təşəkkürünü bildirib:

Əslən Qubadlıdan olan sənət adamlarının QƏLƏBƏ SEVİNCİ - FOTO"Qubadlının azad olunması xəbərini eşidəndə əvvəl qulaqlarıma inanmadım, inanırsınız, həyacandan bütün gecəni yata bilməmişəm.Hər dəfə ard-arda gələn qələbə xəbərləri bizi həddən artıq sevindirir, ancaq doğma torpağın azadlıq xəbərini almaq bir başqa hissdir. Bizə bu xoş günləri yaşatdıqları üçün əsgərlərimizə və Ali Baş Komandanımıza təşəkkürümü bildirirəm. Bu hisslər sözlə izah edilə bilinməz. Allah şəhidlərimizə rəhmət etsin, onların ruhu qarşısında baş əyirik. Bu dəqiqə Azərbaycan əsgəri cəbhədə tarix yazır".

Qələbə xəbərini coşğuyla qarşılayan xanəndə tezliklə işğaldan azad olunan Qubadlıya səfər edəcəyi günü gözlədiyini deyib:

"Dünən qələbə xəbəri Sumqayıtda çox böyük coşğu ilə qarşılanıb. İnanırsınız, mən dünən bu barədə videoya baxanda sevincim həyacanıma qarışmışdı. Biz 27 il idi ki, bu xəbəri gözləyirdik. Mən özüm Bakı doğumluyam, ancaq düşünəndə ki, uşaqlıqda yay tətillərimi keçirdiyim torpaqlara yenidən qayıdacağam, həyacan məni bürüyür. Şükür Allaha ki, bizə bu günləri yaşamaq nəsib oldu. İnşallah, müharibə bitsin, bizə o torpaqlara getmək icazə verilən gün birinci özüm ora səfər edəcəyəm. Mən əminəm ki, bütün torpaqları işğaldan azad olunmuş insanlar mənim kimi düşünürlər. Bu dəqiqə hamı öz həyətini, torpağını, evini görmək üçün səbirsizlənir".
Öz sevincini "Ölkə.Az"la bölüşən tanınmış klarnet ifaçısı Zahid Qubadlı qələbə xəbərini göz yaşları ilə qarşıladığını deyib:

Əslən Qubadlıdan olan sənət adamlarının QƏLƏBƏ SEVİNCİ - FOTO"Bu xəbəri eşidəndə sevincimdən kövrəldim, inanın, bütün ailəmiz ağlayırdı. Mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Allah müzəffər ordumuzu və Ali Baş Komandanımızı qorusun, bu çətin yolda onlara qüvvət versin. Bu gün biz onların sayəsində yenidən ata-baba torpaqlarımıza qayıdırıq. O gün olsun ki, bu sevinci bütün qarabağlılar yaşasın".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4063   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589