Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib

Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edibBöyük Britaniyada "AstraZeneca" şirkəti ilə Oksford Universitetinin hazırladığı koronavirus vaksini sınaqların üçüncü mərhələsində yaşlı şəxslərdə dayanıqlı immun reaksiyasına səbəb olub.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, 55 yaşdan yuxarı şəxslər üzərində keçirilən sınaqların nəticələrinə əsasən müəyyən olunub ki, əksər şəxslərin bədənində anticisimlər formalaşıb.

Mütəxəssislərin fikrincə, bu, çox müsbət əlamətdir. Sınaqların yekun nəticələri bütün məlumatların analizindən sonra məlum olacaq.

Qeyd edək ki, "AstraZeneca"nın vaksininin sınaqlarının üçüncü mərhələsi Böyük Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Yaponiyada davam edir. Bundan başqa, ABŞ-da sınaqların yenidən başlaması gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 822   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş