Pakistan Fransaya etiraz notası verdi
Pakistan Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamaları ilə əlaqədar etiraz notası verib.
BiG.AZ Modern.az-a istinadən xəbər verir ki, nota Fransanın İslamabaddakı səfirinə təqdim edilib.
Pakistanın Xarici işlər naziri Şah Mahmud Qureyşi BMT-ni Parisin əməllərinə diqqət ayırmağa çağırıb.
Nazir bildirib ki, E.Makron məsuliyyətsiz açıqlamaları ilə radikalizm və dinlərarası ədavəti körükləyir:
"Heç kimin milyonlarla müsəlmanın hissləri ilə oynamaq hüququ yoxdur".
BiG.Az


Xəbərlər Baxılıb: 2641 Tarix: 26 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş