Merve Boluğur cəzalandırıldı
Bir neçə müddətdir küçədə maskasız gəzən türkiyəli aktrisa Merve Boluğur cərimələnib.
"MediaPost" xəbər verir ki, tez-tez paparazzilərin obyektivinə tuş gələn sənətçi "Məsafəsi olan bir insanam. Doğulandan sosial məsafəm olduğu üçün maska taxmıram" deyərək insanların həyatını təhlükəyə atmağa davam edirdi. Sosial mediada isə "Merveni niyə cərimələmirsiniz", - deyə sərt reaksiyalar yer alırdı.
Məlum olub ki, aktrisa iki dəfə 1800 lirə (təxminən, 400 manat) cəza alıb.
BiG.Az


Şou biznes Baxılıb: 4306 Tarix: 26 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş