Qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular - FOTO

Qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular - FOTOQuba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Covid19" pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan BiG.AZ-a verilən məlumata görə, RPŞ-nin Qonaqkənd Polis Bölməsinin əməkdaşları rayonun Afurca kəndi ərazisində xidmət aparan zaman kənd sakini Ramin Mustafayevə məxsus evin həyətyanı sahəsində qonaqlıq məclisi təşkil edildiyini aşkarlayıblar. Məclis dərhal dayandırılıb.

Ev sahibi və məclisdə iştirak edən Sumqayıt şəhər sakini olan 20 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər. Onlarla izahedici söhbətlər aparılıb və hər biri inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular - FOTOQonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular - FOTOQonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular - FOTOQonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1349   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş