Yaponiyanın baş naziri 2021-ci ildə Olimpiya oyunlarını keçirəcəklərinə söz verdi

Yaponiyanın baş naziri 2021-ci ildə Olimpiya oyunlarını keçirəcəklərinə söz verdiYaponiyanın Baş naziri Yoşihide Suqa bəşəriyyətin koronavirus üzərində qələbəsinin rəmzi olaraq 2021-ci ilin yayında Tokioda Olimpiya və Paralimpiya Oyunlarını keçirmək niyyətində olduqlarını bəyan edib.

BiG.AZ TASS agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın baş naziri bu barədə parlamentdəki çıxışında deyib.

"Bu yarışları təhlükəsiz şəkildə təşkil etmək üçün əlimizdən gələni edəcəyik", - deyə Y. Suqa qeyd edib.

Bununla belə baş nazir etiraf edib ki, iyun ayının son günlərində Yaponiyada koronavirus infeksiyasına yoluxma sayı azalmağa başlasa da, hazırda bu tendensiya dayanıb və vəziyyəti öncədən proqnozlaşdırmaq olmur. (oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 386   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş