"Paxıllıqdan ölmək üzrəyəm"-Turan İbrahimovdan İNANILMAZ ETİRAF
Aparıcı Turan İbrahimov BiG.AZ-a açıqlama verib.
Artıq bir müddətdir efirlərdə görünməyən İbrahimovun həmin açıqlamasını təqdim edirik:
"Bu 3 ildə media sahəsinə yaxın sahədə fəaliyyət göstərirəm. Yerli və xarici bir neçə holdinqin media və ictimaiyyətlə əlaqədar müşaviriyəm.
Başım dincdir.Çünki televiziyalar bir az streslidir.
Dəvət gəlir baxıram ki, filankəsdir və onunla işləmək istəmirəm.
Amma müharibə başlayandan qələbələrimizlə bağlı cəbhədən xüsusi reportajlar verənləri görəndə, paxıllıq hissinin ən pikini yaşadım.
Gördüm ki, paxıllıqdan ölmək üzrəyəm.
Onda dedim ki, "kaş efirdə olub, gedib reportaj edərdim"
AYTƏN SAKİTQIZI
BiG.Az


Şou biznes Baxılıb: 11041 Tarix: 26 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş