Növbəti səyyar sənəd qəbulunun vaxtı açıqlanıb

Növbəti səyyar sənəd qəbulunun vaxtı açıqlanıbƏmlak Məsələləri Dövlət Xidməti mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanları açıqlayıb.

BiG.AZ xəbər verirki, bununla bağlı Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 28-i Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 586 saylı məhəllə, oktyabrın 30-da isə Xətai rayonu, M.Hadi küçəsi, 2944A ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa edilən səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 366   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş