Ermənilərin atəşi nəticəsində 2 243 yaşayış evi yararsız vəziyyətdə qaldı

Ermənilərin atəşi nəticəsində 2 243 yaşayış evi yararsız vəziyyətdə qaldıAzərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 402, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 243-dür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 314   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş