Dünən işğaldan azad edilən Qubadlıda vuruşmuş Milli Qəhrəman Əliyar Əliyev - FOTO

Dünən işğaldan azad edilən Qubadlıda vuruşmuş Milli Qəhrəman Əliyar Əliyev - FOTODünən axşam ölkə başçısı Qubadlı şəhərinin və işğalda olan bir neçə yaşayış məntəqsinin işğaldan azad edildiyini açıqladı. Xatırladaq ki, bir şəhər və 93 kənddən ibarət Qubadlı 1993-cü ilin 31 avqustunda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qubadlı uğrunda bir çox Azərbaycan oğulları vuruşub, şəhid olub. Onlardan biri Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevdir. O, Qubadlıda doğulub, böyüb və orada düşmənə qarşı vuruşaraq çox sayda erməni işğalçısını məhv edib.

BiG.AZ Əliyar Əliyev barədə "Fraza" jurnalında dərc edilmiş yazını təqdim edir:

Əliyar Əliyev Azərbaycanın Milli Qəhrəmanları içərisində xüsusilə seçilən şəxslərdəndir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirakı, cəsarəti, keçirdiyi uğurlu əməliyyatlar film səhnəsini xatırladan hadisələrlə zəngindir. Əliyar Əliyev bir neçə döyüş yoldaşı ilə birlikdə erməni batalyonlarına qarşı qeyri-bərabər döyüşdə qalib gələn nadir döyüşçülərdəndir. Onun komandanlığı altında keçirilən əməliyyatlardan birində 400-ə yaxın erməni məhv edilir və bu hadisədən sonra Ermənistanda 3 gün matəm elan olunur. Ermənilər Əliyar Əliyevin öldürülməsi üçün xüsusi tədbirlər görməyə başlayırlar... Könüllü olaraq Qarabağa gedən və orada şəhid olan Milli Qəhrəmanımızı yaxından tanıyaq.
Əliyar Əliyev Qubadlı rayonunun Qazyan kəndində 1957-ci il dekabrın 14-də anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universitetində iki il müəllim işləyir. Əliyar Əliyev daha sonra atasının vəfatı ilə əlaqədar anadan olduğu kəndə, Qazyana qayıdır. Bundan sonra Əliyar Əliyev Saransk Dövlət Universitetinə qayıtmır və qəsəbə orta məktəbində müəllim, müxtəlif idman cəmiyyətlərində məşqçi kimi fəaliyyətini davam etdirir. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilir. Əliyar Əliyev uzun müddət pəhləvan kimi fəaliyyət göstərir. Hətta, bir neçə dəfə Rusiyada ən nüfuzlu tədbirlərdə onun çıxış etməsi üçün vaxt ayrılır.

Dünən işğaldan azad edilən Qubadlıda vuruşmuş Milli Qəhrəman Əliyar Əliyev - FOTONövbəti illərdə Ermənistan-Azərbaycan münaqişəsi başlayır. Ermənilər Azərbaycan torpaqlarında təxribatlar törətməyə başlayır, hücumlar edirdilər. Qarabağ müharibəsinin başlaması ilə Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sırasına daxil olur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir.
Əliyar Əliyevin könüllülərdən ibarət dəstəsi camaat arasında "Pəhləvanlar taboru" kimi tanınırdı. Buna səbəb könüllülərin əksəriyyətinin onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət olması idi.
1988-ci ilin əvvəllərindən başlayaraq azərbaycanlıların Ermənistandan deportasiyasına başlanıldı. Sisiyandan, Qafandan, Gorusdan deportasiya edilən azərbaycanlıların bir qismi Qubadlıda yerləşdirildi. Qubadlı rayonu strateji əhəmiyyətli bölgələrdən biri idi. Bu səbəblə ermənilər həmin istiqamətdə təxribatları artıraraq hücum edirlər.
1992-ci ilin aprel ayının 16-da "Qara bəbir" ləqəbli, Karlen adlı Suriya ermənisinin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçirlər. Ancaq, Əliyar Əliyev bu təxribatdan xəbər tutur. Xüsusi təyinatlı təxribatçı qrup Qubadlıya hücum edərkən Əliyar Əliyevin dəstəsi onlara pusqu qurur və komandirləri də daxil olmaqla 11 erməni məhv edilir və qrupun hücumunun qarşısı alınır. Məhv edilmiş 11 erməninin cəsədi isə əsir düşmüş azərbaycanlılarla dəyişdirilir. Ancaq ermənilərin Qubadlı rayonu ilə bağlı təxribatları bununla bitmir. 1992-ci il iyun ayının 24-də rayon mərkəzinin bombalanması üçün üç döyüş helikopteri göndərilir. Helikopterlər Qubadlıya hücum edərkən Əlyar Əliyevin döyüşçüləri tərəfindən vurularaq düşürülür.
Əliyar Əliyev və dəstəsinin iştirak etdiyi uğurlu döyüşlərdən biri də "Şurnuxu" əməliyyatı idi. 1992-ci ilin avqust ayında həyata keçirilən həmin əməliyyatda ermənilər 80-dən çox canlı qüvvə və hərbi texnika itirir. 20 rus və erməni silahlısı isə canlı olaraq ələ keçirilir.

Dünən işğaldan azad edilən Qubadlıda vuruşmuş Milli Qəhrəman Əliyar Əliyev - FOTOƏliyar Əliyevin ən uğurlu hərbi əməliyyatı Xocalı Soyqırımından bir neçə gün sonra baş tutur. Düşmənin Xocalıda törətdiyi qətliamdan təsirlənən döyüşçülər erməni işğalçılarına qarşı hücuma keçirlər. Gorus istiqamətində irəliləyən könüllü dəstə çox sayda erməni hərbçilərini məhv edirlər. Rusiya və Ermənistanın Kütləvi İnformasiya Vasitələrində həmin əməliyyat nəticəsində 336 erməninin öldürüldüyü qeyd edilir. Bu hadisədən sonra Ermənistanda hətta 3 günlük matəm də elan olunur. Daha sonra İrəvanda Əliyar Əliyev və daha 3 döyüş yoldaşının öldürülməsi üçün göstəriş verilir.
Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edir.
Əliyar Əliyevi tanıyan şəxslər öz xatirələrində bildirirlər ki, o, Qarabağda öz dəstəsi ilə hansı rayona, hansı kəndə gedirdisə, orada insanlar içərisində əminlik yaranırdı ki, artıq həmin yerə ermənilər gələ bilməz:
"Kəndə top atılanda o artıq hansı istiqamətdən atıldığını ayırd edə bilirdi. Hətta, bir neçə dəfə həmin yerdə kəndi hədəf alan erməni topçularını canlı əsir tutaraq gətirmişdi".
Döyüş yoldaşlarından biri polkovnik Sadiq Paşayev onunla yaşadığı döyüş xatirələrindən birini belə xatırlayır:
"1991-ci ilin dekabr ayı idi. "Yazıdüzü" istiqamətindən hücuma keçilmişdi. Biz müdafiə xətti qurmaq istəyirdik. Ancaq elə bir vəziyyət yarandı ki, düşmən texnikaları ilə üz-üzə qaldıq. Onlar bizi atəşə tutmağa başladılar. Əlimdə avtomat daraqları vardı. Əliyar mənə dedi ki, onları tez at, özün daha yaxşı bir yerə get, yük sənə mane olmasın. Mən daraqları atmadım, elə bu vaxt BTR atəş açdı, mən güllənin təsiri ilə yumalanaraq bir neçə metr uzağa kolluğun içinə düşdüm. Əliyar elə bildi ki, məni vurdular. "Sadiq! Sadiq!" deyə qışqırdı, o atılan güllələrə məhəl qoymadan mənə tərəf qaçmağa başladı. Ölüm təhlükəsinə baxmayaraq özünü kolun içinə saldı və "Sağsan" deyə qışıqırıb məni dartıb çıxardı. Mən onu görər-görməz dedim ki, qorxma ölməmişəm. Sizə deyim ki, bəlkə də 50-60 metr yaxınlıqda artıq bizi görüb atəş açırdılar. O, təhlükəyə məhəl qoymadan məni xilas elməyə gəlmişdi".

Dünən işğaldan azad edilən Qubadlıda vuruşmuş Milli Qəhrəman Əliyar Əliyev - FOTOƏliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində oldu. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak oldular.
Bakının Nərimanov rayonundakı küçələrdən biri Əliyar Əliyevin adını daşıyır, Masazırda onun adına məktəb, Sumqayıtda və Binəqədidə isə "Əliyar" adlı bulaqlar var. Sumqayıt şəhərində idman klubu və qurduğu tabor onun adını daşıyır.
Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5137   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507