"Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək"-Fəxrəddin Manafov

"Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək"-Fəxrəddin Manafov"Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. Mən xalqımızla fəxr edirəm. Ordumuzla fəxr edirəm. Böyük liderimiz, Ali Baş Komandanımız ilə fəxr edirəm. Hamımız tərəfindən, bütün Azərbaycan xalqı tərəfindən sevilən heyrətamiz vitse-prezidentimiz Mehriban xanım ilə fəxr edirəm".

BiG.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Nargis" dərgisinin "Qarabağımız" layihəsinin qonağı olarkən deyib. Xankəndində anadan olan aktyor prezidentə təşəkkür edib:

"Cənab Prezident, siz çox böyük iş görürsünüz. Siz faktiki olaraq bizim xəyal etdiyimiz torpaqları geri qaytarırsınız. Siz tarix yazırsınız. Azərbaycan Ordusunun əsgərləri, siz çox böyük bir tarix yazırsınız. Sizinlə fəxr edirəm. Qələbə bizimdir! Çünki biz haqq yolundayıq"

F.Manafov böyük şair Arseniy Tarkovskovun şeirini səsləndirib və fikirlərini "Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!" ifadələri ilə tamamlayıb

AYTƏN SAKİTQIZI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2088   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş