Arutyunyan "döyüşçüləri" ilə görün hara sığındı

Arutyunyan "döyüşçüləri" ilə görün hara sığındıQondarma "dqr"in separatçı-terrorçu lideri Araik Arutyunyan başının dəstəsi ilə bu gün cəbhənin cənub-şərq istiqamətinə gəlib.

BiG.AZ Axar.az-a istinadla xəbər verir ki, erməni mediasının məlumatına görə, burada o, döyüş vəziyyətini müzakirə edib.

Arutyunyanın "döyüş vəziyyətinin" müzakirəsinə həsr olunan yerdən yaydığı foto isə sosial şəbəkələrdə haqlı olaraq ciddi tənqid edilib. Belə ki, Arutyunyanın terrorçularla toplantını uşaq bağçasında keçirdiyi açıq-aydın görünür.

Qeyd edək ki, bu, Ermənistan ordusunun daimi olaraq tətbiq etdiyi metoddur. Belə ki, onlar ya mədəniyyət evini, ya məktəbi, ya da uşaq bağçasını hərbi dayaq məntəqəsi kimi seçirlər. Azərbaycan Ordusu həmin ərazini vurduqda isə şüvən salırlar ki, Azərbaycan mülki obyektləri atəşə tutur. Halbuki Azərbaycan yalnız kəşfiyyat məlumatları əsasında hərbi obyektlərə zərbə endirir.

Ona görə də uşaq bağçalarını, məktəbləri, mədəniyyət evlərini, yaşayış sahələrini hərbi qərargah kimi istifadə edən Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşımalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1259   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş