Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülüb

Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülübErmənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində meşədə baş verən yanğının qarşısı alınıb.

Big.az-ın "Report"a istinadən verdiyi məlumata görə, təxminən 2 hektara qədər ərazidə yanğın baş verib.

10:30

Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub.

Big.az "Report"a istinadən xəbər verir ki, əraziyə 3 yanğınsöndürən maşın göndərilib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1285   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş