Gəncə terrorunun balaca şahidləri - Aylin və Məryəm - VİDEO

Gəncə terrorunun balaca şahidləri - Aylin və Məryəm - VİDEOAltı yaşlı Aylin Gəncədəki dəhşətli gecədən və 2 yaşlı bacısı Məryəmlə başına gələnlərdən danışır. Deyir ki, tək qalmaqdan qorxduqları üçün həmin gecə də analarının yanında olublar.

Dəhşətli gecənin yara və izlərini bu gün də üzündə daşıyan balaca Məryəm indi hamıdan qorxur. Davranışı, üz cizgiləri, hətta körpə baxışları belə dəyişən bu balaca qızcığaz o gecədən sonra səsini də çıxartmır.

Azyaşlı bacısının qorxduğunu bilərək, tez-tez əlini tutan, onu qucaqlayan Aylin həmin gecə yaralanan babasını da unuda bilmir.

İki balaca qızcığazın başlarına gələnlər Ermənistan dövlət terrorunun daha bir bariz nümunəsidir. Bu ölkənin silahlı qüvvələri döyüş meydanında aldığı zərbələrin heyfini mülki əhalidən çıxmağa çalışır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2307   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş