Fransa həmsədr dövlət deyil? - VİDEO

Fransa həmsədr dövlət deyil? - VİDEOFransa parlamentinin nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri bu dövlətin həmsədr ölkə kimi nufuzuna ciddi zərbə vurur.
Xezerxeber.az-ın məlumatına görə, bunu politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, hərbi əməliyyatların getdiyi bir vaxtda həmsədr ölkələr neytral mövqedən çıxış etməli və məsuliyyətli olmalıdırlar.

Rəsmi Paris nə qədər gec deyil, erməni lobbi qrupları ilə əməkdaşlığına son qoymalıdır.

Zaur Məmmədov qeyd edib ki, Fransa parlamentinin üzvlərinin əksəriyyəti erməni lobbisi tərəfindən maliyyələşdirilir və bu hal hər kəsə məlumdur.
Onun sözlərinə görə, bu səfər Ermənistanı mülki Azərbaycan əhalisinə, xüsusilə uşaqlara qarşı yeni hərbi cinayətlər törətməyə, ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirməyə daha da cəsarətləndirir. Amma Fransa, eləcə də digər ölkələrin nə etmələrindən asılı olmayaraq, Azərbaycan öz mövqeyində qətidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 943   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş