MN: Düşmənin canlı qüvvəsi, texnikası və atəş məntəqələri məhv edilib

MN: Düşmənin canlı qüvvəsi, texnikası və atəş məntəqələri məhv edilibAzərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib.

BiG.AZ xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, eləcə də 3 tank, 2 PDM, 6 artilleriya qurğusu, 1 ədəd "Qiasint-B" topu, 2 ədəd "QRAD", 1 komanda idarəetmə məntəqəsi, 9 ədəd avtomobil texnikası və bir neçə atəş məntəqəsi məhv edilərək sıradan çıxarılıb:

"Hazırda bölmələrimiz cəbhəboyu döyüşləri davam etdirir" - A.Eyvazov qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 520   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş