Ermənistanda ARA QARIŞACAQ, Paşinyan və onun cinayətkar dəstəsi isə... - Polkovnik-leytenant AÇIQLADI

Ermənistanda ARA QARIŞACAQ, Paşinyan və onun cinayətkar dəstəsi isə... - Polkovnik-leytenant AÇIQLADI"Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan ordusunun məcburiyyət qarşısında qalaraq çatışmayan şəxsi heyət əvəzinə döyüşlərə cəlb etmək istədiyi adamlar müxtəlif yollarla hərbidən yayınırlar. Xidmətdə olanlar isə canlarını qurtarmaq üçün bir çox variantlardan istifadə edir".

Bu sözləri Publika.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, erməni əsirləri Azərbaycan tərəfinə verdikləri məlumatda da qeyd edirlər ki, onların heç biri döyüşmək istəmir və onları məcburi şəkildə döyüş bölgələrinə gətiriblər: "Ermənilərin müxtəlif bəhanələr, yalanlar uydurmaq baxımından dünyada analoqları yoxdur. Bu, onların çoxdankı peşəsidir. Erməni rəsmiləri hər zaman öz yalanlarından qalmırlar. Gəncəyə atəş açandan sonra Ermənistan müdafiə nazirliyinin sözçüsü bunun yalan olduğunu dedi. Ancaq bunu bütün dünya gördü. Biz onların iç üzlərini açırıq, necə bir dövlət, millət olduqlarını bütün dünyaya göstəririk. Dünya görməlidir ki, ermənilər nə qədər yaramaz, vəhşi, əxlaqdan kənar olan bir varlıqlardır. Ermənistan hərbi-siyasi rəhbərliyi öz ağılsızlıqları ucbatından minlərlə erməni gəncini qurban verdilər. Nəticəsi də göz önündədir. Onlar bunun bədəlini hələ bundan sonra ödəyəcəklər".

Ü.Cəfərov qeyd edib ki, Ermənistanda tezliklə ara qarışacaq, Paşinyan və onun cinayətkar dəstəsindən sorğu-sual ediləcək: "Azərbaycanın işi haqq işidir. Ona görə də Azərbaycan əsgəri, zabiti, generalı da döyüş meydanında mərdcəsinə döyüşürlər. Şəhid olmaq, yaralanmaq onlar üçün qürurdur, onlar fəxr edirlər ki, Vətən savaşında iştirak edirlər. Azərbaycan əsgəri ilə erməni əsgərini müqayisə belə etməzdim, heç müqayisə də olunmaz. Ermənilər qorxaqdırlar. Çünki onların özləri də, havadarları da eyni ağılda olan insanlardır. Gecə saatlarında mülki sakinlərə atəş açırlar, döyüş meydanlarından qaçırlar və fərarilik edirlər".

Ekspert vurğulayıb ki, Ermənistan rəhbərliyi ordudakı fərariliyin qarşısını ala bilməyəcək, çünki onların ən azından kiçik bir uğuru olsaydı, cəmiyyətdə də, ordu da yüksək əhval-ruhiyyə olardı: "Onlar 154 yaşayış məntəqəsini, bir sıra strateji yüksəklikləri itirdikləri üçün uğursuzluq sindromu yaşayırlar və panik əhval-ruhiyyədədirlər. Bilirlər ki, döyüşlərə girəcəkləri təqdirdə, Azərbaycanın mərd, qəhrəman oğulları onları məhv edəcək. Ermənistan ordusunun özünə gəlməsi üçün illərlə vaxt lazım olacaq. Həm bu qədər canlı qüvvə, həm də silah-sursat itkisinin qarşısında onlar çox çətinliklərlə üzləşəcəklər. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı çöküş vəziyyətindədir. Bu müharibə onlara bir qədər də ağır zərbələr vuracaq. Bizim işimiz haqq işidir və bu yolda Tanrı Azərbaycan əsgərini qorusun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2738   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birinci ledi haqqında serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq. xarici mediaya istinadən xəbər verir ki, "Bridget, a free woman" adlı altı hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək. Serial cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makro

17.04.2024 391
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 454
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 269
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 807
.

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad

17.04.2024 274
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 380
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 207
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 123
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 294