İran Quru Qoşunları və PUA-larını Azərbaycanla Ermənistan sərhədlərinə göndərdi

İran Quru Qoşunları və PUA-larını Azərbaycanla Ermənistan sərhədlərinə göndərdiİran ordusunun Quru Qoşunları Azərbaycan və Ermənistanla sərhəd bölgələrində hərbi təlimlər keçirib.

BiG.AZ xəbər verir ki, təlimlərdə piyada, topçu alayları və pilotsuz uçuş aparatları iştirak edib.

"Parstoday.com"un məlumatına görə, İran ordusunun birgünlük təlimləri milli güc və döyüş hazırlığını nümayiş etdirmək, habelə ölkənin şimal-qərbində əməliyyat hərəkətliliyini artırmaq məqsədi daşıyıb.

İran Silahlı Qüvvələri bu təlimin Qarabağ münaqişəsi bölgəsindəki artan gərginlik və qarşıdurmalarla əlaqəli olub olmadığını bildirmir.(Publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4272   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş