Deputat: "Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq"

Deputat: "Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq"Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. Ermənistan vətəndaşları da sosial şəbəkələrdəki paylaşımlarında ölkədə müxtəlif məhsulların qiymətinin şiddətlə artmasından şikayət edirlər. Deyilənə görə, cəbhəyə pul göndərməklə öz reputasiyasını qaldırmaq istəyən iş adamları, ayrı-ayrı şirkətlər, iri biznes şəbəkələri sonradan məhsullarının qiymətini qaldırmaqla öz zərərlərini kompensasiya etməyə çalışırlar. Xüsusən qida məhsulları, dərman preparatları və geyimlərin qiymətlərində sürətli artım müşahidə olunur.

Milli Məclisin deputatı Rüfət Quliyev "Report"a verdiyi açıqlamasında düşmən ölkədəki belə acınacaqlı vəziyyətin iqtisadi əsaslarını sadalayıb:

"Ermənistanın milli iqtisadiyyatı yoxdur. Hər bir ölkədə milli iqtisadiyyat mövcuddur. Milli iqtisadiyyat odur ki, bir ölkənin sərvətlərinin, aktivlərinin, infrastrukturunun sahibkarı xalq olsun. Ermənistanın dövlət borcunun ÜDM-ə nisbəti 60%-dir. İqtisadiyyat yox səviyyəsindədir. İqtisadiyyatda infrastruktur rus oliqarxlarına məxsusdur. Poçt, energetika və digər sahələrdə fəaliyyət borc hesabına formalaşdırılıb və daha çox rus oliqarxlarınındır.

İki ölkə arasında aparılan müharibədə həmişə iqtisadiyyatı zəif olan tərəf məğlub olur. BMT-nin təqdim etdiyi statistik rəqəmlərdə Ermənistanın iqtisadiyyatının əməlli-başlı çökdüyü açıq-aşkar görünür. İqtisadiyyatı çökən və silah-sursatı, döyüşməyə canlı qüvvəsi olmayan bir ölkə müharibə aparanda onun iqtisadi vəziyyəti daha da bərbad vəziyyətə düşür".

Deputat Ermənistanda milli valyutanın da kifayət qədər ucuzlaşmasını nəzərə çatdırıb:

"Azərbaycanda həm müharibədən öncə, həm də müharibə dövründə milli valyutanun məzənnəsi eyni qalıb. Ermənistanda inflyasiya artımı ilə paralel milli valyuta külli miqdarda ucuzlaşıb. Bunlar hamısı birlikdə sinergetik effekt verir. İnflyasiya artığı zaman ölkədə işsizlik yaranır. Ermənistanın qızıl-valyuta ehtiyatları bizdə olandan 25 dəfə azdır. İqtisadiyyatı zəif olan ölkə müharibəyə girirsə, onun vəziyyəti daha da acınacaqlı olmalı və əhalisinin narazılığı artmalıdır. Ona görə də Ermənistan əhalisi narazıdır, qorxur və müharibə aparmaq istəmir. Düşünürəm ki, bu ölkədə bədbəxtlik hələ bundan sonra başlayacaq".

"Ermənilərin separatçı maraqlarına xidmət edən "Krunk" təşkilatına dünyanın bir çox ölkəsindən pul köçürülür. Son 30 ildə həmin cəmiyyətin balansına bəlkə də 60-70 milyard ABŞ dolları məbləğində vəsait köçürülüb. Müxtəlif illərdə Ermənistana rəhbərlik etmiş şəxslər həmin pulları çapıb-talayıblar. İndi də Paşinyan həmin pula sahib çıxmaq istəyir. Ermənistan həmin vəsaitlərin cavabını verməli olacaq. Həmin vəsaitlərlə nə silah aldılar, nə də Qarabağda tikinti işləri apardılar. Bəs bu pullar hara getdi?

Bütün bu sadalanan hallar düşmən ölkədə kəskin korrupsiyaya və iqtsadiyyatın zəifləməsinə yol açıb. O cümlədən, Türkiyə ilə Azərbaycanın blokunda qalması, heç bir beynəlxaql iqtisadi əməliyyat apara bilməməsi və Rusiyadan asılı vəziyyətdə olması Ermənistan iqtisadiyyatını acınacaqlı duruma düşürüb. Təxminən bir aydan sonra bu ölkədə vəziyyət daha da pis olacaq", - deyə Rüfət Quliyev əlavə edib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 982   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261