Yük gəmisində dəhşət: Gübrə konteynerində biletsiz insanların cəsədləri aşkarlandı - FOTO

Yük gəmisində dəhşət: Gübrə konteynerində biletsiz insanların cəsədləri aşkarlandı - FOTOSerbiyadan Paraqvaya gəmi ilə göndərilən gübrə konteynerlərində biletsiz insanların cəsədləri tapılıb.

Bu barədə "Reuters" xəbər yayıb.

Meyitlər gübrə şirkətinin meneceri tərəfindən konteyner açıldıqdan sonra tapılıb. Onun sözlərinə görə, cəsədlər tamamilə çürümüş vəziyyətdə olub - onlardan yalnız sümüklər, saçlar və paltarlar qalıb.

Eyni zamanda, konteynerdə havalandırma üçün düzəldilən dəlik də tapılıb.

İki qurbanın əşyaları arasında Mərakeş vətəndaşlarının adına sənədlər aşkarlanıb.

Müstəntiqlərin ehtimallarına görə, onlar bilet olmadan daha yaxın bir yaşayış məntəqəsinə yollanmaq istəyiblər, ancaq məsafəni düzgün hesablamayıblar.

Gəmi təxminən üç ay yolda olub, qaçqınların qida ehtiyatları isə cəmi üç gün üçün nəzərdə tutulubmuş.(oxu.az)

Yük gəmisində dəhşət: Gübrə konteynerində biletsiz insanların cəsədləri aşkarlandı - FOTOYük gəmisində dəhşət: Gübrə konteynerində biletsiz insanların cəsədləri aşkarlandı - FOTOYük gəmisində dəhşət: Gübrə konteynerində biletsiz insanların cəsədləri aşkarlandı - FOTOYük gəmisində dəhşət: Gübrə konteynerində biletsiz insanların cəsədləri aşkarlandı - FOTOYük gəmisində dəhşət: Gübrə konteynerində biletsiz insanların cəsədləri aşkarlandı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2667   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş