"Sumqayıt" "Sabah"a qalib gəlib, liderliyə yüksəldi

"Sumqayıt" "Sabah"a qalib gəlib, liderliyə yüksəldiBu gün Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matçda hesabı qonaqlar açıblar. 27-ci dəqiqədə çempionatın bombardiri Əli Qurbani dəqiq zərbə ilə komandasını önə keçirib. Meydan sahibləri bu qola ikinci yarıda cavab veriblər. "Gənclik şəhəri" təmsilçisinin heyətində Cavid İmamverdiyev avtoqol müəllifi olub. Qarşılaşmada son nöqtəni 90+5-ci dəqiqədə Səbuhi Abdullazadə qoyub.

Bu qələbədən sonra xallarını 14-ə çatdıran "Sumqayıt" yenidən liderliyə yüksəlib. "Sabah" isə 6 xalla 6-cı sırada qalıb.

Günün digər oyununda "Qarabağ" "Zirə"nin qonağı olacaq.

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Səbail"lə 1:1 hesablı heç-heçəyə razılaşıb. "Neftçi" isə səfərdə "Keşlə"yə qalib gəlib - 1:0.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 824   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş