"Ad günümü qələbədən sonra qeyd edəcəm" - Sənubər İsgəndərli
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərlinin doğum günüdür.
Sənətçinin 60 yaşı tamam olur. Aktrisa sosial şəbəkədə paylaşım edərək ad gününü Azərbaycan ordusunun qələbəsindən sonra qeyd edəcəyini bildirib:
"Ad günümü təbrik edən və təbrik etmək istəyən dostlar, hər birinizə minnətdaram. Var olasınız. Amma indi hamımızın fikri cəbhədədir. Məlum, şəhidlərimiz var, müharibə gedir. İnşallah, Qarabağımızı azad edib, qələbə çaldıqdan sonra, ad günlərimizi ürəkdən qeyd edərik. Qarabağ Azərbaycandır!".(axşam.az)
BiG.Az


Şou biznes Baxılıb: 2144 Tarix: 25 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş