"Dəhşətdir...mən doğmalarımın tikələrini öz əlimlə yığdım..." - FOTO

"Dəhşətdir...mən doğmalarımın tikələrini öz əlimlə yığdım..." - FOTOOktyabrın 17-də Ermənistan ordusu cəbhədə növbəti məğlubiyyətə uğrayıb Füzulidən qovulanda ənənəvi erməni xislətinə uyğun terror cinayətinə əl atdı-gecə saatlarında Gəncəyə, yaşayış evlərinə "Skad" ballistik raketi atıldı. Alçaqcasına törədilmiş bu hərbi cinayətin nəticəsi olaraq onlarla ev dağıldı, azı 14 dinc sakin, o cümlədən qadın və uşaqlar, körpələr həlak oldu, onlarla Gəncə sakini ağır yaralandı.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi bu insanlıq cinayətinə beynəlxalq media da laqeyd qalmır. BBC rus xidməti Gəncədən, erməni terrorunun qurbanlarından reportaj yayıb. Həmin reportajı təqdim edirik:

- Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir həftədir ki, partlayış səsləri səngiyib. Raket zərbəsindən sonra dağıdılan evlərdə indi təmir-bərpa işləri aparılır.

Oktyabrın 17-də raket zərbəsi nəticəsində həlak olanların xatirəsinə şənbə günü anım mərasimi keçirilib.

"Nəvəm indi gecələr mənim yanımda yatır. Tez-tez mənə deyir ki, baba, anamı gətir. Mən onu necə gətirim? Uşağa necə başa salım ki, anan artıq yoxdur"- Nizami Ağayev deyir və əlləri ilə üzünü tutur ki, onun göz yaşlarını görməsinlər.

"Dəhşətdir...mən doğmalarımın tikələrini öz əlimlə yığdım..." - FOTO3 yaşlı Xədicə erməni terrorunda ata-anasını və körpə bacısını itirib, indi o, nənəsinə sığınıb...

N.Ağayevin üç yaşlı nəvəsi Xədicə yetim qalıb. Onun ata-anası və bacısı ermənilər tərəfindən Gəncəyə atılan raket zərbəsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar. Xədicənin mavi gözləri yorğun və şişkindir. Raket zərbəsi zamanı xəsarət alan Xədicə üç gün gözlərini aça bilməyib. Gözlərinə dolan qum və toz körpənin göz nahiyəsinin buynuz qişasını zədələyib. Həkimlərin sayəsində Xədicənin görmə qabiliyyəti bərpa olunub. Onun doğulduğu, böyüdüyü ev isə artıq yoxdur. Erməni qəsbkarları tərəfindən dağıdılıb, yerlə yeksan edilib. İndi Xədicə nənə-babası ilə birgə Gəncədən kənardakı yerləşən qəsəbədə yaşayır.

Oktyabrın 17-də ermənilər tərəfindən Gəncə şəhərində yaşayan mülki əhali raket atəşinə tutulub. Erməni hərbi qüvvələri şəhərə ballistik raketlərdən ("Skad"-17) atəş açıblar.

"Dəhşətdir...mən doğmalarımın tikələrini öz əlimlə yığdım..." - FOTOSevinc göz yaşlarına boğulur...

"Partlayış səsi eşidən kimi tez-tələsik maşınla Gəncəyə - qızımgilə yollandım. Qızımın evinin yaxınlığına çatanda gördüm ki, dünya dağılıb. Hər yan uçulub dağılmışdı. Nə qapı var, nə ev var, nə eşik vardı. Heç nə yox idi... Soruşdum ki, içəridəkilər salamatdılarmı? Dedilər ki, burdakılar hamısı salamatdırlar. Təskinlik vermək üçün elə deyiblərmiş... Bütün xəstəxanaları gəzdik, yox idilər. Xəbər gəldi ki, gətiriblər. Sən demə mən ora çatanda uçqunun altında qalıblarmış, ordaymışlar hələ" - N.Ağayev deyir.

Xədicənin atası hadisədən bir müddət əvvəl bankda işə düzəlmişdi. Anası isə baxçada müəllimə işləyirdi. Beş il olardı ki, ailə qurmuşdular. ..

...Ağayevlərin giriş qapısına qara lent bağlanılıb. Qohumlar, qonşular, onları tanıyan-tanımayan hər kəs başsağlığı verməyə gəlir.

"Dəhşətdir...mən doğmalarımın tikələrini öz əlimlə yığdım..." - FOTO"Qızımın çox arzuları vardı. Arzusuna çata bilmədi balam. Nəvəm böyük qız olsun. Allah onu bizə çox görməsin. Allah onu bizə bağışladı ki, qızımın təsəlləsini ondan götürək"- Sevinc Ağayeva göz yaşları içərisində deyir.

"Əsas Vətənimizdir, onun əmin-amanlığı, ərazi bütövlüyüdür. Müharibə gedir. Biz heç nədən çəkinmirik, qorxmuruq. İnanırıq ki, bu qanlar boşuna tökülmür. İnanırıq ki, tez bir zamanda Ordumuz qələbə çalacaq. Müharibə və bu dəhşətlər tezliklə bitəcək", - N.Ağayev əlavə edib.

"Dəhşətdir...mən doğmalarımın tikələrini öz əlimlə yığdım..." - FOTOXədicənin erməni terroruna qurban gedən valideyinləri və körpə bacısı...

Gəncəyə atılan raket zərbəsi zamanı 20 yaşayış evi dağıdılıb. Həmin evlərdən biri Gəncə sakini Ramiz Abdurrəhmanova məxsus olub. O, bu evi yenicə tikib başa çatdırmışdı. Fikirləşirdi ki, ömrünün sonunacan burda yaşayacaq. Ancaq yeni tikilən bu ev də dağıntılar altında qalıb. Bu azmış kimi indi Ramizin nə qızı, nə də nəvələri var.

"Dəhşətdir, çox dəhşətdir... Mən doğmalarımın tikələrini əllərimlə yığmışam. Partlayışdan oyandım. Dam örtüyü uçub üstümə tökülmüşdü. Daşların altından özümü çıxarıb qızımgilə qaçdım. Öz əllərimlə onların parçalarını dağıntıların altından çıxartdım..."

Ramiz bundan sonra necə yaşayacağını bilməyəcəyini, gücü, taqəti qalmadığını deyir...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6386   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125