Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR

Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLARErmənistan hələ döyüşlərə başlamazdan əvvəl ordudakı çatışmazlıqları ört-basdır etmək üçün xarici muzdluları, terrorçuları Qarabağa cəlb etməyə başlamışdı.

Döyüşlər başladıqdan və Azərbaycan Ordusu qarşısında ciddi məğlubiyyətlərdən sonra Ermənistan hakimiyyəti bu prosesi tam sürətləndirib. Ermənistan ordusunun verdiyi ciddi itkiləri də nəzərə alsaq, bu, gözlənilən idi. Ermənistan diaspor vasitəsilə xarici ölkə vətəndaşlarını döyüşlərə cəlb edir. Hətta bunun üçün xüsusi reyslər də ayrılıb. (daha ətraflı - https://news.milli.az/world/891413.html)

Ermənistana əsasən Fansa, Kanada, Livan, İspaniya, Yunanıstan və digər ölkələrdən muzdlular cəlb olunur.

Döyüşlərdə öldürülən muzdluların üzərindən çıxan xarici ölkə pasportları da bunu sübut edir. Azərbaycan Ordusu tərəfindən Yunanıstan vətəndaşları olan Aren Osipov, İspaniya vətəndaşı Armen Knyazyan, Fransadan Artur Ohannisyan, Kanadadan Kristofer Artin, Livandan Gevorq Haciyan, Suriyadan Stepan Keşişyan və digər bir çox ekstremist muzdlular məhv edilib.

Hazırda Ermənistan tərəfindən xarici muzdluların Azərbaycana qarşı döyüşməsi isə davam edir. Rusiya və Gürcüstan vətəndaşı, məşhur erməni separatçısı Vaxanq Çaxalyan da bu döyüşlərdə iştirak edir. Məlumatlara görə, Vaxanq Çaxalyan hazırda şimal cəbhəsindəki sığınacaqlarda gizlənib.

Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Arzu Nağıyev Trend-ə açıqlamasında bildirib ki, əslində Avropa özü də erməni əsilli radikallardan canını qurtarmaq istəyir, buna görə də onların Qarabağa gələrək döyüşməsinə ciddi maneələr yaradılmır. 1-ci Qarabağ müharibəsində də ermənilər aktiv şəkildə işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma ilə məşğul olurdular və məskunlaşmada da əsas məqsəd terror qruplaşmalarını mülki vətəndaşlar adı altında yerləşdirmək idi:

"Onlar terrorçu dəstələri, muzdluları gətirərərək guya dinc əhali kimi məskunlaşdırırlar. Buradakı bir məqam da ondan ibarətdir ki, son vaxtlar Avropanın bir sıra dövlətlərindən erməni əsilli radikallar və millətçilərin Dağlıq Qarabağda döyüşlərə gəlməsi intensiv xarakter alıb.

Əslində, burada Avropa dövlətlərinin də öz maraqları var. Əsas məqsədlərdən biri odur ki, Avropa özü də bu erməni əsilli radikallardan canını qurtarmaq istəyir və həmin radikalların ölkədən çıxması üçün şərait yaradırlar. Yəni Avropa dövlətləri erməni millətindən olan radikalları öz ərazilərindən birmənalı şəkildə, mədəni surətdə qovur. Onlar da əllərinə silah alaraq guya ki, "vətənpərvər" ruhda burada vuruşmağa gəlirlər. Avropa eyni anda 2 məsələni həll edir, yəni həm öz ərazisindən radikal erməniləri qovur, eyni zamanda həmin adla guya ki, ermənilərə köməklik göstərir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2154   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137