Əgər yoluxma artarsa, virusa nəzarət olunmaya bilər - XƏBƏRDARLIQ

Əgər yoluxma artarsa, virusa nəzarət olunmaya bilər - XƏBƏRDARLIQSon günlər koronavirusa yoluxma halları ilə bağlı kəskin artım müşahidə olunmaqdadır. Artıq gündəlik yoluxma sayı 600, 700 və hətta 800-ü də keçir. Təbii ki, yumşalmalardan sonra insanların qaydalara riayət etməməsi səbəbindən virusa yoluxmaların yenidən artacağı gözlənilən idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Tibb elmləri doktorunun sözlərinə görə, dünyanın bir çox ölkələrində yumşalmalara gedilən zaman xəstələrin mövcudluğu virusa yoluxmaların yenidən artmasına səbəb olub: "Yəni, xəstəxanalarda və ev şəraitində müalicə olunan koronavirus xəstələrindən əlavə, virusa yoluxmuş və onu gizli daşıyan şəxslərin olması müəyyən edilə bilmir. Bu cür şəxslər COVID-19-a yoluxsalar da, virusun əlamətləri açıq-aşkar müşahidə olunmur deyə onlar təmasda olduğu insanları yoluxdururlar. Beləliklə, virus yayılmaqda davam edir və məhz bu hallara görə Avropada və eləcə də Azərbaycanda virusun yeni dalğasının yaranması baş verir. Eyni zamanda, tətbiq edilən qaydalara riayət olunmaması virusun daha sürətlə yayılmasına gətirib çıxarır. Təəssüf ki, hələ də bəzi insanlar virusa etinasız münasibət sərgiləməkdə davam edirlər. Ona görə də əgər cəmiyyətdə qaydalara əməl olunmaması davam edərsə, virus da artmaqda davam edəcək".

Azərbaycanlı alim söyləyib ki, bəzi hallarda insanların məsafə saxladığına görə tibbi maska taxmaması, eləcə də maska taxdığına görə məsafə saxlamaması düzgün yanaşma deyil: "Hər kəs bilməlidir ki, tətbiq olunan qaydaların hamısına tam əməl edilməlidir. Tibbi maskadan istifadə, məsafə saxlanılması, gündəlik canlı təmasların mümkün qədər minimuma endirilməsi, qapalı otaq şəraitində iştiraklardan maksimum imtina edilməsi mütləq riayət olunmalı qaydalardır. Hətta açıq havada da olsa belə bir yerə toplaşmaq, cəmləşmək yoluxmalara səbəb olur. Xüsusən, valideynlər özləri ilə yanaşı, uşaqlarını da virusdan qorumalıdırlar. Çünki virusun yayılmasında böyüklərlə yanaşı, uşaqlar da ciddi rol oynayırlar. Bununla yanaşı, yaşından asılı olmayaraq, hər bir şəxsin əllərini təmiz saxlaması da önəmlidir. Çünki virus 15 faizə qədər səthi təmaslardan yayıla bilir".

N.Abdullayev qeyd edib ki, əgər yoluxma artarsa, virusa nəzarət olunmaya bilər: "Məhz dünyada tətbiq edilən karantin rejimlərinin əsas məqsədi odur ki, virusa eyni zaman çərçivəsində kütləvi yoluxma olmasın. Yəni, səhiyyə sistemlərinin xidmət göstərə biləcəyi saydan çox insan virusa eyni zamanda yoluxarsa, buna heç bir dünya ölkəsinin səhiyyəsi tab gətirə bilməz və nəticədə də səhiyyə sistemi viruslu xəstələr üzərində nəzarəti itirər. Ona görə də virusla mübarizədə hər kəs məsuliyyətli olmalıdır. İnsanlar artıq virusa yoluxub problemsiz sağalacaqlarını deyil, ümumiyyətlə virusa yoluxmamağı düşünməlidirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1388   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311