Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? - TƏFƏRRÜATLAR - FOTO

Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? - TƏFƏRRÜATLAR - FOTOQarabağın azadlığı uğrunda Vətən müharibəsi davam edir. Düşmən bütün cəbhə boyu ağır zərbələr alır, geri çəkilir.

Hər müharibədə olduğu kimi, bu savaşda da ən önəmli amil insandır. Səngərdə duran, düşmən üzərinə hücuma keçən, onu mərmilərlə və raketlərlə, güllələrlə vuran əsgər.

Düşmən texnikadan qorxmur - onun xofu Azərbaycan əsgəridir.

Bu səbəbdən də Ermənistan cəmiyyətimizdə xof, nigaranlıq, təlaş yaradaraq müzəffər əsgərimizin zəfər yürüşünü ləngitməyə çalışır. Axı arxa cəbhədə nigaranlıq yaranarsa, öndə, düşmən üzərinə yürüyən insanın da qəlbində mütləq təbəddülatlar yaranır.

Düşmən belə düşünür və ən çirkin, hiyləgər, məkrli ssenarilərə əl atır.

Müasir dünyanın reallıqlarından da yaralanmağa çalışır.

O reallıqlardan biri sosial şəbəkələrin cəmiyyətə təsir imkanları baxımından ənənəvi medianı üstələməsidir. Texnogen və urbanistik cəmiyyətin təzahürləri arasında sosial şəbəkələrin fərdlər üçün əsas məlumat mənbələrindən birinə çevrilməsidir.

20 və hətta 5 il əvvəldən fərqli olaraq, indi fərdlər informasiya tələbatını klassik media, audiovizual kontent vasitəsilə yox, sosial şəbəkələr vasitəsilə ödəməyə üstünlük verirlər.

Şəbəkədə hər kəs bir kütləvi informasiya vasitəsidir və bu, asan, hətta rutin prosesə çevrilib.

Yetər ki, smartfon, sosial şəbəkənin o smartfona yüklənmiş proqram əlavəsi, şəbəkədə akkaunt və ya profil olsun.

"Çək, yaz, yay" - bu üç kəlmə yeni formasiya jurnalistikasını bəlirləyən dominant, baza hərəkətlərdir.

Sosial şəbəkələr məsələsi Vətən Müharibəsi başlayan gündən daha da aktuallaşıb.

İnsanlarımız savaşla bağlı xəbərləri, yazıları, görüntüləri ilk əvvəl məhz şəbəkədə gördüklərini düşünürlər.

Yanlış, korrelyativ təhrifli anlam ola bilər, amma belədir.

Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? - TƏFƏRRÜATLAR - FOTOTəbii ki, savaş olan ölkədə vətəndaşların əhvalına, psixikasına, şüuruna ən ciddi təsirə malik kontentlər mövuddur.

Məsələn, Silahlı Qüvvələrimizin düşmən mövqelərini, ermənilərin canlı qüvvəsini və texnikasını məhv etdiyi anların əks olundutu videolar, hərbi əməliyyatlardan bəhs edən yazılar və s. ruh yüksəkliyi yaradıb qələbə əzmini daha da artırır.

Döyüşlərdə şəhid olan hərbçilərimizin fotoları, onlarla bağlı məlumatlar isə insanlarımızı kədərləndirir. Fotolardakı vətəndaşlarımız gənc olduqlarına görə.

Ən ciddi neqativ təsirə isə şəhidlərimizin cəsədləri ilə düşmənin barbarcasına davranmasını göstərən videolardır.

Düşmən bunu bilir və bəhs etdiyim məqamlardan maksimum mənfəət əldə etməyə çalışır.

Ermənistanın Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidməti hərbi əməliyyatlar başlayan kimi xüsusi "təbliğat qrupu" yaradıblar.

Azərbaycan dilini mükəmməl bilən erməni zabitlərin olduğu bu qrupa erməni bloqerlər və jurnalistlər də cəlb olunmuşdu.

Daha sonra iş "peşəkar"a, yəni Rusiyadakı NewsMedia holdinqinin sahibi, erməni Aram Qabrelyanova tapşırıldı.

Hazırda yüzlərlə erməni bloqer, jurnalist sosial şəbəkələrdə Qarabağ savaşı ilə bağlı aşkar yalanlar, montaj edilmiş görüntülər və xüsusi hazırlanmış ssenari əsasında çəkilmiş videolar hazırlayıb yaymaqla məşğuldur.

İstisnasız olaraq bütün populyar sosial şəbəkələrdə ermənilər yalan, dezinformasiya və feyk məlumatlar yayırlar.

Belə "yalan fabrik"lərindən birinə irəvanlı bloqerlər Tiqran Mkrtçyan və Roman Daneqyan rəhbərlik edirlər.

Onlar Facebook, İnstagram və Telegram-da xüsusilə aktivdirlər.

Mkrtçyan-Daneqyan dueti dezinformasiyaların hazırlanması ilə məşğul olan çoxsaylı dəstələrdən birinə Facebook-dakı qapalı qrup vasitəsilə göstərişlər verirlər.

Məsələn, göstərişlərdən biri belədir: "emnoc.co.uk/top-10-fantasy-places-that-would.../ ünvandakı sayta daxil olun, gördüyünüz istənilən reklama klikləyin, reklam olunan saytda 3-4 saniyə qalın və oranı tərk edin. VPN-dən istifadə arzuolunandır".

Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? - TƏFƏRRÜATLAR - FOTOErmənistan və qarabağlı ermənilər üçün pul yığılmasının, sadəcə, bir, ən primtiv yollarından biridir bu.

Əsas fəaliyyətsə informasiya diversiyaları ilə bağlıdır.

Ötən həftənin əvvəllərində sosial şəbəkələrdə yayılmış "Ermənilər həlak olmuş Azərbaycan əsgərlərini ekskavatorla basdırırlar" videosunu misal çəkmək olar.

Bu videoda ekstavatorla qazılmış çuxura yük maşınından boşaldılan əsgərlər ermənilərdir, çünki iki cəsədin boyunlarında xaç var. Videonun ssenariçiləri çoxsaylı yanlışlıqlara yol veriblər ki, onlardan biri də Azərbaycan Ordusunun hərbi formasının geyindirildiyi əsgərlərin çəkmələrinin Ermənistan ordusunun hərbçilərinin uniformasında yer alan ayaqqabılar olmasıdır.

Bundan başqa, zirehli jiletlər və dəbilqələr də Azərbaycan ordusunda istifadə edilməyən amunisiya arasındadır.

Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? - TƏFƏRRÜATLAR - FOTOMeşəlikdə tələsik, iki kamera ilə çəkilmiş video İrəvanda elə tələsik montaj olunub.

Əsas iş bundan sonra başlayıb.

Az öncə bəhs etdiyim qrupun rəhbəri Tiqran Mkrtçyan dəstə üzvlərinə tapşırır: "Xüsusi əməliyyat başlayır. "Umut Bulut" adlı profil yaratmışıq. Orada yazılıb: "Belə davam edə bilməz. Azərbaycan hakimiyyəti cəsədləri toplamır. Şəhidlərimizə eşq olsun! Dünən öyrəndim ki, dostum da şəhid olub. Videonu Telegramdakı "Virtual Seşid" kanalından götürdüm". Bu statusu paylaşın. Rəy yazmayın, "like" atmayın".

Telegram messencerindəki "Virtual Sehid" kanalı da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tam kurasiyasında və nəzarətindədir.

Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? - TƏFƏRRÜATLAR - FOTOİlk olaraq bu yalanı "SamiraKarimova4" və "SabinaMammado14" profilləri paylaşırlar.

Sonra ermənilərin yüzlərlə profilində montaj edilmiş video və "pərişan" yazı peyda olur.

Bir qədər keçir, həmin video sosial şəbəkələrin Azərbaycan seqmentinə "sıçrayır" və sürətlə paylaşılmağa başlanır. Paylaşanlar nəyin bahasına olursa-olsun, "like" toplamaq, özünü vətənpərvər göstərmək istəyənlər olur.

Beləcə, ermənilərin yalanı yayılır.

Düşmən fasiləsiz olaraq dezinformasiya hazırlayıb tirajlayır, təşviş və nigaranlıq yaratmağa çalışır.

Lütfən, bu yalanlara aldanmayın, paylaşmayın.

Əsgərimizə mane olmayaq!(milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2110   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789