Mütəxəssis: "Payız-qış aylarında qripə qarşı peyvəndlərin böyük əhəmiyyəti var"

Mütəxəssis: "Payız-qış aylarında qripə qarşı peyvəndlərin böyük əhəmiyyəti var"Son günlər havaların soyuması ilə respirator xəstəliklərin də artması müşahidə olunur. Payız fəslinin gəlişi ilə qripə yoluxanların sayı artır.

BiG.AZ e-tibb.az-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Namq Novruzov bildirib:"Unutmaq lazım deyil ki, pandemiya davam edir və son 3-4 günün məlumatları təhlükənin sovuşmadığını, əksinə, daha da artdığını deməyə əsas verir. Bəs belə olan halda özümüzü necə qoruyaq?

Bir həkim kimi demək istərdim ki, mütləq ictimai yerlərdə, qapalı məkanlarda ara məsafə saxlamaq, tibbi maskalardan düzgün istifadə etmək, əlləri tez-tez sabunla yumaq və ya spirtlə silmək, zəruri olmadıqda evdən çıxmamaq vacib şərtlər olaraq qalır. Özünüzdə hərarətin qalxması, öskürək, boğazda qıcıqlanma, ağrı hiss etdikdə həkimə müraciət edin, boğulma anını gözləməyin, sonra müalicə almaq mümkün olmaya bilər".

Mütəxəssis uşaqları da bu virusdan qorumağı tövsiyə edib: "Əvvəllər uşaqların bu virusa yoluxmaması barədə danışırdıqsa, hazırda onların da koronavirusa yoluxması barədə faktlar var. Çalışın uşaqların və özünüzün immunitetini möhkəmləndirən qidalar qəbul edəsiniz. Vitamin və minerallarla zəngin məhsullar immuniteti möhkəmləndirir. Açıq havada çox gəzin, amma bu zaman tibbi maska və ara məsafə saxlamağı da unutmayın. Beləliklə, özünüzü və sevdiklərini koronavirusdan qorumuş olarsınız. Payız-qış aylarında qripə qarşı peyvəndlərin də çox böyük əhəmiyyəti var. Məlumdur ki, koronavirusa qarşı vaksin hələ yoxdur. Ona görə də, adi qripə qarşı peyvəndlərin vurulması müsbət təsir göstərir.

Çətin və məsuliyyətli, bununla belə zəfər dolu, qələbə dolu xoşbəxt günlər yaşayırıq. Müzəffər ordumuz hər gün bizi yeni qələbələri ilə sevindirir. Eyni zamanda yaralı əsgərlərimizi də unutmayın. Onlara da həkimlərin yardımı lazımdır. Həkimlərimizə cəbhədən qayıdan yaralı əsgərlərimizin daha çox ehtiyacı var. Özünüzü, ətrafınızda olan insanları koronavirusdan qorumaqla, ordumuzun igid əsgər və zabitlərinə də kömək etmiş olarıq. Hər iki cəbhdə qələbə bizimlə olacaq!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1061   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1006
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 392
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 721
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1243
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

07.04.2024 540
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 875
.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 529
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 461
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 900