Yaşamaq, işləmək, sərmayə qoymaq və gəzmək üçün ən yaxşı şəhərlər açıqlanıb

Yaşamaq, işləmək, sərmayə qoymaq və gəzmək üçün ən yaxşı şəhərlər açıqlanıb"Resonance Consultancy" beynəlxalq məsləhət şirkəti növbəti dəfə "The World's 100 Best Cities" ("Dünyanın 100 ən yaxşı şəhəri") adlı reytinq cədvəlini açıqlayıb.

"Report" xəbər verir ki, siyahıya Böyük Britaniyanın paytaxtı London liderlik edir.

Növbəti yerlərdə Nyu-York (ABŞ), Paris (Fransa), Moskva (Rusiya), Tokio (Yaponiya), Madrid (İspaniya), Roma (İtaliya), Dubay (BƏƏ), Sinqapur (Sinqapur) və Barselona (İspaniya) şəhərləri qərarlaşıb. Bu şəhərlər yaşamaq, işləmək, sərmayə qoymaq və gəzmək üçün ən yaxşı şəhərlər hesab olunur.

Qeyd edək ki, "The World's 100 Best Cities" 2016-cı ildən müəyyən olunur. Bu zaman şəhərlər barədə statistik göstəricilər, sosial şəbəkə istifadəçilərinin rəyləri nəzərə alınır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1079   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş