"Arzuları ürəyində qaldı"-Hacı Nurandan ÜRƏKDAĞLAYAN paylaşım-FOTO

"Arzuları ürəyində qaldı"-Hacı Nurandan ÜRƏKDAĞLAYAN paylaşım-FOTOAparıcı Hacı Nuran Hüseynov "İnstagram" səhifəsində ürəkdağlayan paylaşım edib.

BiG.AZ xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında Gəncə terrorunun qurbanlarından olan 13 yaşlı Artur Mayakovla şəklini paylaşaraq, bu sözləri yazıb:

"Gəncə terroru bütün bəşəriyyətə erməni vandallarının iç üzünü göstərən əsl güzgüdür.

Bir həftənin içində iki dəfə günahsız insanları qanına qəltan etmək, dinc sakinləri yatdıqları yerdə öldürmək, bütün insanlığa qarşı bir vəhşilkidir!

Dağıntılar altından yaralı çıxarılan 13 yaşlı Mayakov Artur Ramiz oğlu dünyasını dəyişdi.

Milliyətcə rus olan bu yeniyetmə, Gəncəni dünya boyda sevərdi, çünki onun valideyinləri də Gəncəni sevirdi. Arzuları ürəyində qaldı.
Erməni vandalları, onun gənc ömrünə son qoydu.

Neçə-neçə yeniyetmənin, gəncin, uşağın həyatına son qoyduqları kimi.

Yerin behişt olsun Artur!"

Şəkil 3 gün öncə çəkilib.

"Arzuları ürəyində qaldı"-Hacı Nurandan ÜRƏKDAĞLAYAN paylaşım-FOTOAYTƏN SAKİTQIZI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5672   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş