Düşməndən növbəti ETİRAF: "Azərbaycandan çox geri qalmışıq"

Düşməndən növbəti ETİRAF: "Azərbaycandan çox geri qalmışıq"Bir neçə gün əvvəl Azərbaycan ordusunu fövqəldövlətlərlə müqayisə edən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan ölkəsinin məğlub durumda olduğunu növbəti dəfə etiraf edib.

BiG.AZ xəbər verir ki, o, "Sputnik Ermənistan"a müsahibəsində ordularında mövcud olan bütün çatışmazlıqların uzun illər davam edən proseslərin nəticəsi olduğunu qeyd edib:

"Nəzərə alınmalıdır ki, Ermənistanda heç vaxt döyüş təyyarələri olmayıb. Pilotları texnologiyaya yiyələnməsi, silahlardan istifadə edə bilməsi üçün vaxt lazımdır. Bunun üçün ən azı bir və ya iki il lazımdır".

Ovannisyan Qarabağdakı mövcud müharibənin əvvəlkilərdən çox fərqli olduğunu qeyd edib: "Ritm, döyüş əməliyyatlarının dinamikası, istifadə olunan silah növləri dəyişib".

Ermənistan ordusunun Qarabağdakı hərbi əməliyyatlara nə qədər hazır olduğu barədə sualı cavablandıran Ovannisyan Ermənistanın hərbi sahədə hər mənada Azərbaycandan geri qaldığını etiraf edib.

"Anlamaq lazımdır ki, bütün bu illər ərzində hərbi xərclər baxımından Azərbaycandan çox geri qalmışıq. Onlar daha çox xərcləyiblər, biz daha az xərcləmişik. Beləliklə, bugünkü bütün problemlər uzun illər davam edən proseslərin nəticəsidir".

Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz təyyarələri ilə mübarizəyə toxunan Ovannisyan, dünyada hələ ki, heç bir ordunun pilotsuz təyyarə hücumlarını tamamilə təsirsiz hala gətirə bilmədiyini deyib. Kiçik ölçülü və çox sayda PUA-ları məhv etmək asan bir iş deyil. Hərbi obyektləri qorumaq üçün onlarla növ HHM və elektron müharibə sistemindən istifadə edən inkişaf etmiş Silahlı Qüvvələrə sahib olan dövlətlər belə bunların öhdəsindən tam gələ bilmirlər",-deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi qeyd edib. /Modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1476   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 275
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 427
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 35
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 170
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 253
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 635
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 408
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 617
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 984