Alimlər koronavirusu öldürən QEYRİ-ADİ DƏRMAN tapdı

Alimlər koronavirusu öldürən QEYRİ-ADİ DƏRMAN tapdıQarqara vasitələri koronavirusu öldürə bilər.

BiG.AZ xəbər verir ki,bu barədə ABŞ-ın Pensilvaniya Tibb Kollecinin alimləri məlumat verib.

Araşdırmalarının nəticələri "Journal of Medical Virology" jurnalında dərc edilib.

Mütəxəssislər bir neçə markanın ağız yuyucu vasitələrini, hidrogen peroksid durulamaları, burun yaxalamaq üçün duzlu su və bir faizli uşaq şampununu analiz edib. Bütün bu maddələrə fərqli vaxtlarda koronavirus əlavə ediblər. Qarqara vasitələrinin koronavirusu öldürməkdə daha effektiv olduğu üzə çıxıb. Onların 30 saniyədə 99.9% -ə qədər virus öldürə biləcəyi iddia edilib.

Sağ qalan hüceyrələrin sayına görə mütəxəssislər aktivliyini itirmiş virusların səviyyəsini təyin edib. Bir çox həkimin sinusları müalicə etmək üçün istifadə etdiyi 1 faizli şampun da oxşar təsirə malikdir.

Tədqiqatçılar klinik tədqiqatlar aparmaq və ağız yuyucu vasitələrin koronavirus xəstələrinin virus yükünü azalda biləcəyini öyrənmək niyyətindədirlər.
publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1455   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş