Biabırçılıq:Türk məşhurları Qarabağda "öldürdülər"

Biabırçılıq:Türk məşhurları Qarabağda "öldürdülər"Hər zaman özünün uydurduğu yalanları ilə dünya mediasının diqqətini cəlb etməyə çalışan erməni mediası bu dəfə də ənənəsinə sadiq qalaraq, dezinformasiya yayıb.

Özü də gülünc şəkildə.

BiG.AZ xəbər verir ki, işğalçı ölkənin mediası bu dəfə də Türkiyənin məşhur sənətçiləri Tarkan və Mustafa Sandalın hərbi formada fotolarını paylaşaraq, onları şəhid olan Azərbaycan əsgəri kimi təqdim edib.

Qeyd edək ki, bundan öncə ermənilər məşhur simalar - müğənni Sərdar Ortac, aktyorlar - Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, şoumen Bəyazit Öztürk və sosial şəbəkə fenomeni Burak Özdemiri Qarabağda öldürülən Azərbaycan əsgərləri kimi təqdim etmişdi.

AYTƏN SAKİTQIZI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10358   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş