"Başımıza nə gəlirsə beş qatını onlara arzu edirəm" - Aynişan ilk dəfə atasından danışıb KÖVRƏLDİ

"Başımıza nə gəlirsə beş qatını onlara arzu edirəm" - Aynişan ilk dəfə atasından danışıb KÖVRƏLDİƏməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan "Vaxtı gəldi" verlişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı Aynişan aşəhid atasından danışıaraq kövrəlib:

"Həmişə varlığını hiss etmişəm, həmişə yanımda hiss etmişəm onu. Bu savaşa görə heç kimə kin bəsləməmişəm. Amma indi içimdə o qədər kin, nifrət var ki.Başımıza nə gəlirsə beş qatını həmin insanlara arzu edirəm. Düşünməzdim ki, həyat məni belə insana çevirər. Baxmayaraq ki, mənim uşaqlığım heç olmayıb. Uşaq vaxtı həyətə düşəndə uşaqlarla oynamırdım, çəkilib ağacın altında düşünürdüm. Bunu insan danışa bilmir, danışılası bir şey deyil. Həmişə istəmişəm ki, atam yuxuma gəlsin. Heç vaxt atası olanları qısqanmamışam. Hərbi formada gördüyüm insanların hamsı atamdır sanırdım. Çünki mənim həyatım ancaq təsvir etməklə keçdi. Anam o qədər danışıb ki. atam haqqında. Ona görə onun yoxluğunu hiss etməmişəm. Çox istəyərdim xoş günlərimdə yanımda olsun".

SAMİRƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6799   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş