Düşmənin könüllü dəstələri və döyüş texnikaları MƏHV EDİLDİ - VİDEO/YENİLƏNİB

Düşmənin könüllü dəstələri və döyüş texnikaları MƏHV EDİLDİ - VİDEO/YENİLƏNİBMüdafiə Nazirliyi cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələri və döyüş texnikalarının məhv edilməsi ilə bağlı videogörüntülər yayıb.

BiG.AZ həmin videogörüntüləri təqdim edir.

22:05

"Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib".

Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq" deyə, məlumatda qeyd olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2118   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş