Azərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTO

Azərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTOFransanın TF1 telekanalının dünən saat 20:00-da yayımlanan xəbərlərində yerli jurnalist Liseron Budulun Qarabağdakı cəbhə xəttindən reportajı efirə gedib.

Telekanalın xanım əməkdaşı Azərbaycan tərəfində olaraq cəbhədəki vəziyyət, ordumuzun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edib.

Həmin videoreportajda yerli əhalinin gecə vaxtı erməni raketlərindən qorunması üçün düzəltdikləri sığınacaqda gizlənməsi əks olunub. Həmçinin Gəncədə mülki əhalinin həlak olması, şəhərin infrastrukturuna dəyən zərər vurğulanıb. Cəbhə xəttində isə hərbçilərimizin işğal olunmuş torpaqlarımızı qaytaracağı və düşmənin hərbi texnikalarını qoyub qaçması barədə fikirləri yer alıb.

Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusu olduğunu vurğulayıb. TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha üzə çıxarıb.

Ona görə də TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan dörd dəqiqəlik reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı və jurnalist haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər.

Fransa Erməni Təşkilatları Şurasının həmsədri Murad "Frank" Papazyan hətta daha da irəli gedərək TF1-ə qarşı kütləvi etiraza çağırış edib. Təkliflər səslənib ki, telekanal boykot edilsin, qarşısında mitinq keçirilsin. Hətta sosial şəbəkədə jurnalisti öldürməyi təklif edənlər də olub. Ermənilərin kütləvi təhdidindən sonra TF1 reportajın linkini öz saytından silib. Bununla belə, telekanala qarşı etirazlar davam edir.

Məsələn, Valeri Terziyan adlı şəxs qorxunc, terrorçulara xas bir fikir irəli sürüb:

"TF1 telekanalının vəzifəli şəxslərinin bir neçəsinin başının kəsilməsindən sonra onlar bu barədə daha aydın və daha yaxşı fikirləşəcəklər".

David Karpentye isə "Biz ASALA-nın ehtiyaclarını bilirik" deyərək daha bir ölüm hədəsi ilə yadda qalıb.

Biz sizə sosial şəbəkədə yer alan həmin təhqiramiz çıxışları fotofakt olaraq təqdim edirik. Lakin bildirmək istəyirik ki, Fransada erməni lobbisinin güclü olması və mediaya təzyiqi onsuz da çoxlarımıza bəllidir. Amma erməni aqressiyası harada, hansı mədəni ölkədə olmasından asılı olmayaraq, hər yerdə aqressivdir. Mədəni şəkildə fikrini çatdıra bilməyən, adi həqiqəti qəbul edə bilməyən separatist qüvvələr isə məhvə məhkumdur.

Sonda fransalı jurnalist Liseron Budula öz qərəzsiz, həqiqətləri güzgü kimi əks etdirən videoreportajına görə təşəkkür edirik. Bu fakt onu göstərir ki, Fransada Qarabağ münaqişəsi ilə bağlı müstəqil, qərəzsiz, həqiqətləri yazmaq istəyən jurnalistlər və onu işıqlandırmaq istəyən media orqanları var. /Oxu.az

Azərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTOAzərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTOAzərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTOAzərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTOAzərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTOAzərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2682   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 381
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 604
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 331
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 365
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 156
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 481
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 160
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 207
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 380