Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi AÇIQLANDI - YENİLƏNİB

Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi AÇIQLANDI - YENİLƏNİBABŞ Prezidenti Donald Tramp hazırda Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün aparılan beynəlxalq danışıqlarda yaxşı irəliləyiş əldə olunduğunu güman edir.

BiG.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı danışıb.

"Görək, nə baş verəcək. Hesab edirəm ki, həqiqətən yaxşı irəliləyiş var", - deyə ABŞ Prezidenti qeyd edib.

Eyni zamanda D.Tramp ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı hazırkı danışıqların iştirakçılarından biri olduğunu xatırladıb.

21:30

ABŞ Prezidenti Donald Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyini açıqlayıb.

Bu barədə prezidentin fəaliyyətini işıqlandıran jurnalistlər bildirib.

BiG.AZ "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında vasitəçilikdə iştirak etdiyini qeyd edib, lakin ölkə liderləri ilə danışıb-danışmadığını bildirməyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri hazırda Vaşinqtonda səfərdədir. Burada XİN rəhbərlərinin ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşləri keçirilib. /Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2531   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş