Doğulduğu kəndi işğaldan azad edərkən şəhid olan Milli Qəhrəman Şükür Həmidov – DOSYE

Doğulduğu kəndi işğaldan azad edərkən şəhid olan Milli Qəhrəman Şükür Həmidov – DOSYEXəbər verdiyimiz kimi, Milli Qəhrəman Şükür Həmidov Qubadlının azadlığı uğrunda şəhid olub.

BiG.AZ Yeniavaz.com-a istinadən Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun dosyesini təqdim edir:

Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Ailədə on uşaqdan biri idi. O, gənclik illərindən mərdliyi və cəsarəti ilə yoldaşlarından fərqlənirdi. Hərbi sahəyə olan marağı gündən-günə artırdı. 8-ci sinifi doğulduğu kənddə bitirir. O vaxt Azərbaycanın başı üstünü qara buludlar almışdı. Bir sıra rayonlarımız kimi, Qubadlı da təhlükədə idi. Aramsız hücumlar təşkil olunur, kəndlərdə evlər yandırılır, günahsız əhali gülləbaran edilirdi. Təhsilini hərb sahəsində müvəffəqiyyətlə başa vuran Ş. Həmidov 1993-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil oldu. Hələ təhsilini hərbi liseydə davam etdirən vaxt, könüllü olaraq döyüşlərə getmək arzusunu komandanlığa bildirmişdi. O, 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başladı. Çox keçmədi ki, bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə irəli çəkildi. Bir müddətdən sonra ona daha bir məsul vəzifə verildi. N. saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edildi. Ş. Həmidov işləyə-işləyə təhsilini artırmağı da unutmadı. Beləliklə, 2008-ci ildə Hərbi Akademiyanın müdavimi oldu. Bundan sonra o müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini, komandiri kimi vəzifələrdə işlədi.
2016-cı ildə "Aprel döyüşlərində" Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərdi. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.

Doğulduğu kəndi işğaldan azad edərkən şəhid olan Milli Qəhrəman Şükür Həmidov – DOSYE10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə oldu və Şükür Həmidovla görüşdü. Aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olundu. "Aprel yüksəkliyi" filminin kadrlarında da Şükür Həmidovun ömür yoluna qısa nəzər salınır, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs edilirdi.
Milli Qəhrəman Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid oldu. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirdi.

Doğulduğu kəndi işğaldan azad edərkən şəhid olan Milli Qəhrəman Şükür Həmidov – DOSYE


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4588   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 282
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 129
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 525
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 283
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 237
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 293
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 811
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 416
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 330