"Lazım olarsa, Şuşada fəhlə kimi "lapatka" götürüb işləyəcəm" - İcra başçısı

"Lazım olarsa, Şuşada fəhlə kimi "lapatka" götürüb işləyəcəm" - İcra başçısı"Mən 30 il gözlədim ki, Azərbaycan torpaqları işğaldan azad olunsun".

BiG.AZ xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. O bildirib ki, doğma torpağı uğrunda canından keçib, şəhid olmağa hazırdır:

"Bu, işğaldan azad olunmuş torpaqlarımız uğrunda aparılan mübarizədir. Mən torpaqlarımızın yolunda canımı da qurban verməyə hazıram. Şuşa ilə bağlı ən böyük arzum doğma şəhərimin işğaldan azad olunmasıdır. İstəyirəm ki, Şuşa şəhərimiz əvvəlki həyatına qayıtsın. Şuşa işğaldan azad olunan kimi abadlıq, quruculuq işlərinə başlamaq istəyərdim. Lazım olarsa, orada fəhlə kimi "lapatka" götürüb işləyəcəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1476   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş