Ermənistan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə yaradır

Ermənistan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə yaradırTürkiyənin İstanbul şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına dair İşçi Qrupunun iclası işinə başlayıb.

BiG.AZ Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Konteyner" MMC-yə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri iştirakçılara sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə qarşı hücumları, dinc sakinlərin həlak olmasına səbəb olan təxribatları barədə geniş məlumat veriblər.

Diqqətə çatdırılıb ki, Azərbaycan regionda çox sayda mühüm layihələr həyata keçirir və bu layihələrdə Azərbaycanın qonşu dövlətləri, strateji müttəfiqləri yaxından iştirak edir, Ermənistan isə layihələrdən kənarda qalır: "Bununla əlaqədar, təxribat və terror işləri çərçivəsində Ermənistan Azərbaycanda mühüm infrastruktur obyektlərini də atəşə məruz qoyur. Bu tipli terror mahiyyətli təxribatlar Azərbaycanın iştirakçısı olduğu bir sıra beynəlxalq layihələrə, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə yaradır, eləcə də bu layihələrin iştirakçısı olan tərəfdaş dövlətlər və şirkətlər üçün də risk və təhlükəyə səbəb olur.

Bu səbəbdən Ermənistanın mülki əhali və strateji infrastruktura qarşı terroru dayandırmağa, beynəlxalq hüququn tələblərini, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə çağırılması mühümdür".

İclasda "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin 2020-ci ilin 9 ayı üzrə fəaliyyətinin yekunları, sözügedən müddətdə TBNM üzrə daşınma planının nəticələri, Şərq-Qərb istiqamətində konteyner qatarlarının keçmə müddəti və əks istiqamətdə tək və qrup daşımalarınının təhlili, Xəzər dənizinin limanları arasında (Aktau, Bakı (Ələt)) fider gəmilərin iştirakı ilə birbaşa beynəlxalq dəmir yolu və su nəqliyyatında konteyner hərəkətinin təşkili haqqında 25 iyun 2019-cu il tarixli Sazişə dəyişikliklər barədə müzakirələr aparılıb.

Bundan başqa, Türkiyə/Avropa ölkələrindən Qazaxıstan/Orta Asiya ölkələri istiqamətində fider gəmilərdən istifadə olunaraq konteynerlərin daşınmasının təşkili üzrə görülən işlər barədə hesabat dinlənilib. TBNM boyunca bəzi məhsulların daşınması üçün tarif şərtlərinin təsdiqi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsinin, bu marşruta yük axınının cəlbinin zəruriliyi vurğulanıb. Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, yarana biləcək çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub.

Toplantıda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və Polşanın əlaqədar qurumlarının nümayəndələri iştirak edirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 942   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

20:20 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

21:41 0
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

15:32 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

21:30 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

21:00 0