"Səni və uşaqlarını öldürəcəm" – Çağlanı hədələyirlər

"Səni və uşaqlarını öldürəcəm" – Çağlanı hədələyirlərƏslən azərbaycanlı olan model Çağla Şikel kompüterinə gələn "Səni və uşaqlarını öldürəcəm" mesajına görə qorxu yaşayıb.

"MediaPost" xəbər verir ki, sənətçi İstanbul Prokurorluğuna müraciət edərək mesajı göndərən şəxsin tapılmasını istəyib. Şikayət ərizəsi yazan model məktubda bu sözlərin yazıldığını bildirib:

"Bax, Çağla, yaxında öləcəksən. Səni və uşaqlarını ... tarixində öldürəcəm".

Çağla mesaj yazan şəxsin IP nömrəsini qeyd edərək, elektron poçtunun "screenshot"unu da prokurorluğa verib. Prokurorluq məsələ ilə bağlı istintaq başladıb.
"Səni və uşaqlarını öldürəcəm" – Çağlanı hədələyirlər"Səni və uşaqlarını öldürəcəm" – Çağlanı hədələyirlər


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4785   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş