15 yaşlı Gəncə sakini: "Əsgərlərimiz canlarından keçirlər, mənim onlardan nəyim artıqdır ki?" – FOTO

15 yaşlı Gəncə sakini: "Əsgərlərimiz canlarından keçirlər, mənim onlardan nəyim artıqdır ki?" – FOTOHacı Nuran Gəncədə erməni vandalizmindən zərər çəkən 15 yaşlı Amin Əsgərovu ziyarət edib.

BiG.AZ xəbər verir ki, Amin həmin gecəni belə xatırlayıb:

"Bir də gördüm ki, hər yer toz-dumana büründü. Panellərin altında qaldım. Məni güclə xilas etdilər. Elə hey Allaha yalvarırdım".
Hacı Nuranın sözlərinə görə, Amin həmin gecə namaz qılırmış və onu elə ibadət xilas edib: "O, 17 oktyabr tarixini ömrü boyu unutmayacaq. Həmin gecə Amin namaz qılırmış. Biz onunla hər şeydən danışdıq. Qonşularının ölümündən tutmuş, müharibədəki zəfərə qədər. Amin xəsarət alsa da bunu özünə dərd etmir. O deyir ki, "Bəs əsgərlərimiz canlarından keçirlər, mənim onlardan nəyim artıqdır ki?".
Mən 15 yaşlı bu yeniyetmənin ağlına, inamına və imanına heyran qaldım. Bir Azərbaycan gəncinin bu qədər etiqadlı və inamlı olması onun mənəvi gücündən irəli gəlir. Amin həm də dərs əlaçısıdır. O, pandemiya səbəbindən dərslərin onlayn keçirilməsinə bir o qədər də şad deyil. Deyir ki, "Mən məktəbsiz qala bilmirəm. Müəllilmlərimin, sinif yoldaşlarımın canlı ünsiyyəti üçün darıxmışam. Kaş həyat tezliklə axarına düşəydi, biz də qalib ölkənin vətəndaşı kimi dərsə gedəydik"". /Yeniavaz.com

15 yaşlı Gəncə sakini: "Əsgərlərimiz canlarından keçirlər, mənim onlardan nəyim artıqdır ki?" – FOTO15 yaşlı Gəncə sakini: "Əsgərlərimiz canlarından keçirlər, mənim onlardan nəyim artıqdır ki?" – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1367   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş