"Formula 1" komandası iki pilotu ilə vidalaşır
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandası iki pilotu ilə yollarını ayırır.
BiG.AZ yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Kevin Maqnussen və Romen Qrojan cari mövsümünün sonunda "Haas"ı tərk edəcək.
Onların hansı komandaya gedəcəkləri hələ bəlli deyil.
Qeyd edək ki, Romen Qrojan 2016-cı ildən, Kevin Maqnussen isə 2017-ci ildən "Haas"da çıxış edir.
BiG.Az


İdman Baxılıb: 752 Tarix: 22 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş