Düşmən Siyəzənə də raket atdı

Düşmən Siyəzənə də raket atdıOktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Axşam.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3165   Tarix: 22 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş