Paşinyan Ermənistanın uğursuz "brendi", gülünc simasıdır

Paşinyan Ermənistanın uğursuz "brendi", gülünc simasıdırHər kəsə məlumdur ki, Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Azərbaycandır...Ermənistandır və nöqtə" sayıqlamasından sonra o dünya ictimaiyyətinin gülüş hədəfindən yayınmayıb.

Bunun ardından hər kəsin nəzəri Nikol Paşinyanın çıxışlarına, gülməli əhvalatlarına yönəlib. BBC və digər tanınmış telekanallara verdiyi açıqlamalarda sərsəmləməyini davam etdirən Paşinyan bir müddət əvvəl telefon danışıqları ilə də gündəmə gəlib.

Azərbaycanla müharibə qaydalarına tab gətirməyərək Rusiya və digər həmsədr ölkələrdən kömək uman baş nazirin hər atdığı addım, dediyi hər söz artıq onu dünya ictimaiyyətinə öz əli və dili ilə ifşa etməkdədir.

BiG.AZ xəbər verir ki, mövzunu Sonxeber.az-a politoloq Nəzakət Məmmədova şərh edib:

"Paşinyanın çıxışlarını izləyəndə, yazılarını oxuyanda görürük ki, o özü vaxtilə jurnalist işləməsinə baxmayaraq, fikrini yazılı və şifahi normal ifadə edə bilmir.
Digər tərəfdən, bu onun ölkəsinin sözügedən məsələdə haqlı mövqedə olmaması ilə də bağlıdır. Əgər tərəflərdən biri haqlı mövqedə deyilsə və iddiaları hüquqa əsaslanmırsa, nəyisə sübut etmək təbii ki, çox çətindir. Paşinyan buna görə çıxılmaz vəziyyətdədir. Çünki onun ölkəsi haqsız savaşın içərisindədir.

Ermənilər mənasız Miatsum adlı cəfəng bir ideologiyanı ortaya atıb və həmin avanturanın arxasınca 30 ildən çoxdur ki gedirlər. Artıq Ermənistanın öz mənasız, uydurma ideologiyalarını dünyaya sübut etmək imkanları çoxdan tükənib. Vaxtilə, bununla əlaqədar onlar "Ocaq" adlı bir kitab yazmışdılar. Azərbaycan onların ocağını söbdürüb. Onlar indi həmin sönmüş ocağın külü ilə oynayırlar.

Dünyanın gözü qarşısında haqsız mövqeyini qorumaq, çıxış etmək işğalçı bir ölkənin baş naziri üçün dediyimiz kimi, çox çətin məsələdir. Çünki onların yalanlarına, özlərindən başqa heç kim inanmır. Haqq sussa belə, hər kəs haqlı olan tərəfin kim olduğunu anlayır. Ölkəmizin prezidenti hansısa tədbirdə danışmasa, sussa belə, hamı bilir ki Azərbaycan dövləti haqlıdır. Ermənistanın baş naziri Paşinyan isə saatlarla çıxış etsə də, onun haqsız olduğu qısa vaxt ərzində görünəcək. Çünki ortada bizim tərəfimizdə olan hüquq, tarix və faktlar var.

Paşinyan erməni diasporunun köməyi ilə demokrat adı altında hakimiyyətə gəlib, məlumdur. Sonradan isə onun etdiyi hərəkətlərdən, verdiyi bəyanatlardan sonra maskası düşdü və əsl siması ortaya çıxdı. Şuşaya gəlib Azərbaycanı hədələmək, yallı getmək, "Qarabağ Ermənistandır, nöqtə" kimi cəfəng bəyanatlar onun əsl kimliyini sübut etdi. Prezident İlham Əliyev xalqa səsləniş müraciətində yaxşı dedi ki, də "indi yallı get, Qarabağ Ermənistandır" de, görüm deyə bilirsənmi?! İşğal və demokratiya heç vaxt bir arada ola bilməz. Özünü demokrat kimi sırıyan Paşinyanın işğalçı ölkənin baş naziri rolunda özünü heç də narahat hiss etmədiyi, əksinə, onun bundan öz ucuz piarı məqsədilə istifadə etməsi çox qısa zaman kəsiyində məlum oldu. Düşünürəm ki, başqasının torpağını işğal etmək və demokrat görünmək çox gülməli və ikiüzlülükdür. İşğalçı ölkənin baş naziri özünü məhz belə göstərməyə çalışırdı, amma alınmadı və indi onsuz da bərbad olan vəziyyəti daha da pisləşib. Bu günlərdə onun qızı Miriyamın sosial şəbəkələrdə yazdığı " bizim arzularımız puç oldu" fikri də bunu təsdiq edir.

Nikol Paşinyan hər dəfə beynəlxalq tədbirlərdə çıxış edən zaman elə beynəlxalq səviyyədə özünü ifşa edir. Onun durumunda olmaq yəqin ki, çox çətindir. Məğlub ordu, səfil ölkə, diaspora və Rusiyanın təzyiqləri arasında sıxışıb qalmaq, ən əsası isə güclü Azərbaycan və onun nüfuzlu lideri.Ölkəsinin haqsız tərəfdə dayanması, eləcə də, onun özünün şəxsi və işgüzar keyfiyətlərinin aşağı olması belə tragikomik vəziyyət yaradır.

Paşinyan savadsızdır, kamera qarşısında özünü itirir. Onda bir ölkənin baş nazirinə, siyasətçiyə lazım olan keyfiyyətlər yoxdur. Sanki bu insanı təsadüfdən siyasətə itələyiblər və o, gözünü açıb özünü kameralar qarşısında görüb, indi isə nə edəcəyini bilmir.

Bildirim ki, əgər ölkə haqsızdırsa, ən azı ölkənin baş naziri, siyasətçisi ikiqat artıq siyasi hazırlıqlı diplomat olmalıdır ki, mövqeyini əsaslandıra bilsin.

Napaleon dövründə Fransanın xarici işlər naziri olmuş Taleyran ölkəsi haqsız, məğlub ola ola o qədər mahir, hiyləgər diplomat olub ki, ölkəsini 1815-ci ildə konqresində qaliblərlə bir cərgədə oturtmağa nail olub.

Paşinyan onu hakimiyyətə gətirən qüvvələrin uğursuz seçimidir. Hazırda o Azərbaycanın güclü ordusu qarşısında məətəl qalıb, şokdadı, vəziyyətdən necə çıxacağını bilmir, geri qayıda eyni zamanda irəliyə də gedə bilmir. O, məğlub, haqsız Ermənistanın bariz nümunəsi, uğursuz "brendi", gülünc simasıdır.

Ermənistan dövləti, erməni diasporu və Ermənistanı himayə edən dövlətlər vəziyyətin belə olacağını hesaba almamışdılar. Onlar elə bilirdilər ki, 30 ildir necə olubsa, bundan sonra da belə olacaq. Lakin Azərbaycan bu planları pozdu. Bosniyalıların lideri Aliya İzzerbeqoviçin belə bir dəyərli fikri var idi. O, müsəlmanlara qarşı soyqırım edən serblərə, xorvatlara üz tutaraq demişdi ki, "Yer üzündə nə qədər xaç qurursunuzsa, qurun, başınızı qaldıranda hət zaman göy üzündə hilalı görəcəksiniz!" Bu gün biz öz torpağımızda o xaçları söküb-atdıq və göydəki ulduzların sayı qədər ay-ulduzlu bayrağımızı ucaltdıq hər yerdə. Bu gün o fikrə uyğun deyə bilərik ki, başınızı qaldıranda başınız üzərində bizim dronlarımızı, qarşınızda isə cəsur əsgərimizi görürsünüz!

Beynəlxalq təşkilatlar illər ərzində Azərbaycanın başının altına yastıq qoyub, danışıqlar adı altında vicdansızcasına regiona səfər edib, heç bir iş görməyib, ancaq yeyib-içib, erməni diasporasından milyonlar qoparıb, gediblər. Azərbaycan status-kvonu dəyişdi, sübut elədi ki, o, yatmış pələngdir, onunla belə davranmaq olmaz. Ermənistana və onun havadarlarına elə bir zərbə vurdu ki, onlar Azərbaycan əsgərinin vurulan zərbəsindən hələ də özlərinə gəlməyiblər. Səmimi deyirəm ki, həqiqətən ölkə prezidentimiz Ermənistanla müharibədə master-klass göstərdi. Bu Azərbaycanın prezidentinin həm savadlı olması, həm də ölkəmizin haqlı mövqeyi ilə bağlıdır.

Ermənilər onilliklər boyu yalsnçı qələbədən ruhlanıb eyforiyaya qapılmışdılar. Azərbaycan ordusu bunu hərb meydanda darmadağın etdi.
Bütün beynəlxalq təşkilatlar Azərbaycanı dəstəkləyiblər. Bu bizim uğurumuzdur. Ermənistanın tək üstünlüyü hərbi işğal nəticəsində nail olduğu məsələ idi. Bu gün Azərbaycan bunu da onun əlindən aldı. Paşinyanın artıq təqdim edib göstərməyə, deməyə heç nəyi yoxdur. Ermənilər boşluqda qalıblar. Onlar göyün yeddinci qatında idilər, Azərbaycan onları oradan yerə çırpdı.

Prezidentimiz özünü vətən uğrunda gedən savaşda hərbi, diplomatik cəhətdən müvəffəqiyyətli göstərə bildi. Paşinyan isə bunun tam əksi oldu. Paşinyan məğlub Ermənistanın, Əliyev isə haqq işi uğrunda mübarizə aparan qalib Azərbaycanın simvollarına çevriliblər.

Onu da bildirim ki, Ermənistan ordusu Qarabağ klanı və Rusiyaya tabedir. Paşinyanı isə erməni diasporu hakimiyyətə gətirib. Ermənistan erməniləri Rusiyaya bağlıdır, diaspor ermənilərinin onlara heç bir aidiyyatı yoxdur. Yəni onların dünyagörüşü başqadır, bir- birilərini qəbul etmirlər.
Ermənistan ordusu ona tebe olmadığı halda Paşinyan heç nə edə bilməz. Onun nəsə etməyə elə qabiliyyəti də yoxdur. Ona baş nazir kimi kameraların qarşısında danışmaq üçün diplomatiyanı həvalə ediblər. O isə bunu da düz-əməlli bacarmır.

Hadisələrin gələcəkdə gedişatı barədə onu qeyd edə bilərəm ki, Ermənistanda çox böyük qarışıqlıq olacaq. Ermənistan dövləti və erməni diasporu arasında böyük qarşıdurma olacaq. Eləcə də Nİkol Paşinyanla Qarabağ klanı arasında mübarizə dərinləşəcək.

Bütün bunlar Ermənistanda baş verə biləcək uğrusuzuqları bir- birinin üzərinə atmağa və hakimiyyət dəyişikliyinə səbəb olacaq.
Ən əsası odur ki, Azərbaycan Qarabağın Ermənistana birləşdirmək planını yerlə- yeksan edib. Bu xalqımız üçün çox böyük tarixi qələbədir. Bu qələbənin memarı gecə-gündüz bu yolda çalışan Ali baş komandan, cəsur, qeyrətli, qorxmaz Azərbaycan əsgəri, Azərbaycan xalqının Qarabağı bir an da olsa unutmaması, onun yolunda hər an ölümə belə getməyə hazır olmaq əzmidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1642   Tarix: 21 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874